top
Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir Idman.biz
Bu gün, 17:47
- ↺ +

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

"Çempionatda klublar arasında rəqabətin olması futbolumuzun inkişafı və güclənməsi baxımından müsbət haldır".

Bu fikri futbol üzrə U-18 Azərbaycan millisinin baş məşqçisi Mahmud Qurbanov deyib.

O bildirib ki, çempionatın hazırkı mərhələsində çempionluq mübarizəsi ilə bağlı proqnoz vermək hələ tezdir. Onun sözlərinə görə, klublar arasında həm nəticə, həm də oyun səviyyəsi baxımından rəqabətin artması müsbət tendensiyadır.

"Bu turda qeydə alınan nəticələri sensasiya hesab etmirəm. Düşünürəm ki, bunlar komandaların oyununa uyğun normal nəticələrdir. Çempionatın bu şəkildə davam etməsi səviyyəsinin yüksəlməsinə kömək edəcək", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

M.Qurbanov "Turan Tovuz"un çıxışına da münasibət bildirib. O, komandanın turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblərlə oyunlarda xal itirməsini əsas problemlərdən biri kimi qiymətləndirib:

"Turan Tovuz"un "Sabah" üzərində qələbə qazanmasını normal və gözlənilən hesab edirəm. Komanda yuxarı pillələrdə qərarlaşan rəqiblərə qarşı inamlı oynasa da, aşağı pillələrdəki klublarla görüşlərdə eyni nəticəni göstərə bilmir. Xüsusilə mövsümün sonunda itirilən xallar komandaya baha başa gələ bilər".

Baş məşqçi "Qarabağ"ın hazırkı oyun səviyyəsi və komandadaxili vəziyyəti barədə də danışıb. O, Ağdam təmsilçisinin əvvəlki oyununu nümayiş etdirmədiyini düşünür:

"Qarabağ"ın əvvəlki oyununu görmürük. Güman edirəm ki, bu, yeni futbolçuların komandaya qoşulması ilə əlaqədardır. Son oyunda futbolçular arasında yaşanan insident isə əlbəttə ki, yaxşı hal deyil. "Qarabağ" uzun illərdir Azərbaycanı Avropada layiqincə təmsil edir. Buna baxmayaraq, düşünürəm ki, komanda çempionluq yarışından geri qalmayacaq".

M.Qurbanov futbolçuların motivasiyasının azalmasının da komandanın çıxışına təsir edə biləcəyini istisna etməyib. O qeyd edib ki, əvvəlki illərdə Ağdam klubunda çıxış edən futbolçular uğur qazanmağa daha həvəsli və motivasiyalı idilər:

"Əvvəlki "Qarabağ" daha güclü idi. O vaxt komandada oynayan futbolçular hər oyuna daha istəkli və aqressiv yanaşırdılar. Onlar daha çox uğur qazanmaq istəyirdilər. Heyət dəyişdikcə belə problemlərin üzə çıxması mümkündür".

Təcrübəli mütəxəssis sabiq komandası "Kəpəz"in bu mövsümkü çıxışını da dəyərləndirib. O, Gəncə təmsilçisinin qazandığı nəticələrdən məmnun olduğunu bildirib:

"Kəpəz"in oyunu və qazandığı nəticələr sevindirir. Komanda əvvəlki vəziyyətinə qayıtmağa çalışmalıdır. Hazırda turnir cədvəlində tutduğu mövqe və göstərdiyi nəticələr müsbətdir".

Veteran futbolçu "Kəpəz"in mövsümün sonunda avrokuboklara vəsiqə qazanması ilə bağlı proqnoz verməyin isə tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, çempionatın başa çatmasına hələ xeyli vaxt və oyun qaldığından indidən belə bir ehtimalı dəyərləndirmək düzgün deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolçusu Vedat Muriqi La Liqada transferi üçün maraq doğurub

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Oxşar xəbərlər