top
Londonda üç qol Qarabağ FK
27 sentyabr 2024, 23:58
- ↺ +

Londonda üç qol

"Tottenhem" (İngiltərə) – "Qarabağ" - 3:0

Brennan Conson, 12. Pape Sarr, 52. Dominik Solanke, 68

Komandamız növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində ilk matçına çıxıb. "Qarabağ" Londonda "Tottenhem"lə görüşüb.

Komandamız oyuna aşağıdakı start "11-liy"i ilə başlayıb: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 66. Patrik Andrade, 7. Yassin Benzia, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 18. Juninyo.

Qarşılaşma sürətli başlayıb. Artıq 8-ci dəqiqədə ev sahibləri meydanda azlıqda qalıblar. Qapıçı ilə təkbətək çıxan Olavio Juninyonu sonuncu ümid foulu ilə dayandıran Radu Draquşin qırmızı vərəqə alıb. Lakin bir neçə dəqiqə sonra müdafiədə buraxılan səhv komandamızın qol buraxmasına səbəb olub. Buna baxmayaraq, birinci hissənin qalan dəqiqələri Azərbaycan çempionunun təhlükəli hücumları ilə yaddaqalan olub. Xüsusən də, Toral Bayramov və Juninyo real qol şansını əldən veriblər.

Fasilədən dərhal sonra "Tottenhem" standart vəziyyətdən ikinci qolu vurub. 58-ci dəqiqədə komandamız fərqi minimuma endirmək üçün əla fürsət əldə edib. Ancaq Toral Bayramov penalti zərbəsini qeyri-dəqiq yerinə yetirib.

Bundan sonra da üstünlük komandamızın tərəfində olub. Rəqibin qapısı qarşısında tez-tez təhlükəli anlar yaşansa da, fərqlənmək heç cür mümkün olmayıb. Əvəzində İngiltərə təmsilçisi 68-ci dəqiqədə üçüncü qolu vurub. Bununla da "Tottenhem" öz meydanında 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin II turu çərçivəsində oktyabrın 3-də Bakıda İsveçin "Malmö" klubu ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Oxşar xəbərlər