top
“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb Sport24.az
Dünən, 22:32
- ↺ +

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

"Kəpəz" klubunda 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Sport24.az xəbər verir ki, görüşdə "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev, həmçinin II Qarabağ Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən "Kəpəz" Futbol Akademiyasının U-13 komandasının baş məşqçisi Talıb Rzayev, klubumuzun azarkeşlərlə əlaqələndiricisi Nəimi Mustafayev, "Kəpəz"in fanatları Kərim Quliyev və Nəriman Əliyev iştirak ediblər.

 

Qonaqları səmimi qəlbdən salamlayan Anar Abdullayev onlara dövlətimizin ərazi bütövlüyü uğrunda yağı düşmənlə qanlı mübarizədə göstərdikləri şücaətə görə minnətdarlığını bildirib. O, 44 gün ərzində qazanılan qələbənin yalnız hərbi uğur deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin, dövlətə və Vətənə bağlılığının təntənəsi olduğunu diqqətə çatdırıb: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsi olaraq şanlı ordumuz 44 gün ərzində zəfər çaldı. Qəhrəmanlıq salnaməsini yazan qeyrətli oğullarımız hamıya nümunədir, iftixar və qürur mənbəyidir. "Kəpəz" ailəsi olaraq, sizinlə fəxr edir, zəfər yürüşündə göstərdiyiniz qəhrəmanlığı yüksək qiymətləndiririk. Vətənimizin azadlığı və suverenliyi uğrunda həyatını qurban verənlərə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzulayırıq".

 

Vaxtilə futbolçu qismində "Kəpəz"in şərəfini qorumuş, hazırda akademiyada çalışan Talıb Rzayev klub rəhbərliyi tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirib. 2020-ci il sentyabrın 27-də başlayan şərəfli döyüş yolundan danışan çalışdırıcı Zəfər Gününün gələcək nəsillər üçün əmanət olduğunu söyləyib: "Həmin ərəfədə hamıda ruh yüksəkliyi var idi, illər ərzində yığılıb qalan qisas hissi ilə alışıb-yanırdıq. Cəbhə xəttində bir an olsa belə nikbinliyimizi itirmədik və nəticədə tarixi qələbə qazandıq. Hazırda "Kəpəz" Futbol Akademiyasında futbolun sirlərini öyrətdiyimiz uşaqları təkcə peşəkar idmançı deyil, eyni zamanda gələcəyin əsgəri kimi yetişdiririk".

 

"Kəpəz"in azarkeşlərlə əlaqələndiricisi Nəimi Mustafayev də Zəfər Gününün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb: "Bu möhtəşəm qələbə xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcək nəsillərin təfəkküründə daim yaşayacaq. Zəfər tarixini yaşatmaq həm də şəhidlərimizə, qazilərimizə və onların doğmalarına ehtiram göstərmək deməkdir. Sevindirici haldır ki, "Kəpəz" rəhbərliyi də bu ənənənin yaşamasında fəal iştirak edir. Biz də "Kəpəz"in fanatları olaraq, sizi dəstəkləyirik, Gəncənin rəmzlərindən birinə çevrilən klubumuzla bağlı gələcək planlarınızda uğurlar arzulayırıq".

 

Görüşün sonunda "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev qazilərə hədiyyələr bağışlayıb.

 

Klub rəhbərliyi və müharibə veteranları birgə xatirə fotosu çəkdiriblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Oxşar xəbərlər