Futbol üzrə Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 22-də keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Kəpəz" futbol klubu məlumat verilib.
Bildirilib ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.
Azarkeşlər biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması noyabrın 22-də saat 17-də başlanacaq.