top
Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır Idman.biz
Bu gün, 21:59
- ↺ +

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

"Yaxşı oyun oldu. "Sabah"ın yaxşı komandası var və hazırda yaxşı formadadır. Son bir ildə gördüyüm ən yaxşı komandalardan biridir. Bizim üçün də bu cür oyunlar çox faydalıdır. Çünki çempionatda necə oynamalı olduğumuzu və hansı məqamları inkişaf etdirməli olduğumuzu görürük".

İdman.Biz xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Kadi Borges "Sabah" - "Qarabağ" matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı fikirləriniz necədir?

- Çətin qarşılaşma oldu. Düşünürəm ki, hər iki komandanın qol vurmaq üçün çoxsaylı imkanları olmadı. Biz də rəqibə çox qol şansı vermədik. Ümumilikdə isə yaxşı oyun alındı.

- Bu oyunda "Qarabağ" azarkeşlərinin dəstəyi və "Sabah"ın yaratdığı atmosfer barədə nə deyə bilərsiniz?

- Azarkeşlər bizim üçün meydanda əlavə bir oyunçu kimidir. Meydanda 11-ə 11 oynayırıq, amma azarkeşlər bizi yüksək səslə dəstəkləyəndə onların gücünü hiss edirik. Bəzən oyun zamanı yoruluruq, amma azarkeşlərin səsini eşidəndə bizə əlavə güc və özünəinam verir.

- "Sabah" son çempiondur. Sizcə, "Qarabağ" bu mövsüm yenidən çempion ola bilər?

- Əlbəttə, buna inanıram. Bizim çox yaxşı komandamız var. "Qarabağ"ın məqsədi həmişə ən yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Əgər buna inanmasaq, daha yaxşı olmaq və çempionluq uğrunda mübarizə aparmaq üçün üzərimizdə kifayət qədər motivasiya olmaz. Mən inanıram ki, bu mövsüm çempion ola bilərik.

- Növbəti oyununuz "Kəpəz"ə qarşı olacaq. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?

- Bilirik ki, "Kəpəz" də yaxşı komandadır. Onların yaxşı futbolçuları var. Səfərdə oynayacağıq. Ora gedib yaxşı nəticə qazanmağa və Bakıya sərfəli nəticə ilə qayıtmağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Bu gün, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Bu gün, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Bu gün, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Güləş
Bu gün, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Bu gün, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Oxşar xəbərlər