İsveçin Höteborq şəhərində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarış Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası və Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Turnirdə Höteborq və ətraf bölgələrdə yaşayan 16 uşaq və gənc iştirak edib.
Yarışın yekununda Mikayıl Kərimli birinci yeri tutub. Nuray Abbaszadə ikinci, Oğuzxan Hüseyn üçüncü, Fatma Hüseyn isə dördüncü olub.
Turnirə şahmat ustası Pərviz Abbaszadə start verib.