top
İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili Idman.biz
Bu gün, 16:23
- ↺ +

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

"Turnir cədvəlinə nəzər salsaq, bəzi gözləntilərimizin özünü doğrultmadığını görə bilərik. Mən liderlər sırasında başqa komandaları görəcəyimi düşünürdüm. Hazırkı vəziyyət isə bir qədər fərqlidir".

Bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Misli Premyer Liqasında birinci dövrənin yekunlarını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis turnir cədvəlindəki mövcud durumu təhlil edib, liderlər qrupunun mübarizəsini, gözlənilməz nəticələri və komandaların ümumi performansını diqqətə çatdırıb.

"Yenə də "Sabah" və "Qarabağ" liderlər sırasındadır. Lakin "Neftçi"nin birinci pilləyə yüksəlməsi, "Turan Tovuz"un isə həm "Qarabağ"a, həm də "Sabah"a qalib gəlməsi müəyyən mənada sensasiya sayıla bilər. Bununla belə, ümumi mənzərəyə baxdıqda, gözləntilərimizin böyük ölçüdə dəyişmədiyini görürük. Çünki ilk beşliyə nəzər salsaq, "Neftçi", "Qarabağ", "Sabah", "Turan Tovuz" və "Zirə"nin yer aldığını görərik. Bu komandaların ötən çempionatdan da iddialı olacaqları və potensial baxımından digər rəqiblərindən üstün olduqları hiss edilirdi.

Bundan əlavə, "Kəpəz" və "Şamaxı" xoş mənada təəccübləndirən komandalar oldu. Çünki büdcə və imkanlarını nəzərə alsaq, bəzi rəqiblərinə qarşı başabaş mübarizə aparmağı bacardılar. "Şamaxı"nın son heç-heçəsi də bunun nümunələrindən biridir. "Kəpəz"in də rəqabətdə bir çox komandaya qalib gəlməsi onların əzmkar və mübariz oyun nümayiş etdirdiklərini göstərir.

Digər tərəfdən, çempionatın son pillələrində hansı komandaların yer alacağı ilə bağlı da müəyyən gözləntilərimiz var idi. Potensialı, xüsusilə də futbolçu keyfiyyəti baxımından yaxşı olan, lakin istənilən oyunu nümayiş etdirə bilməyən "Araz-Naxçıvan"la qarşılaşdıq. Komandada məşqçi dəyişiklikləri baş verdi. Maliyyə vəziyyətlərinin hazırda hansı səviyyədə olduğunu dəqiq bilmirəm, lakin bütün bunlar təbii ki, komandanın çıxışına təsir göstərir. "Şəfa" isə hələ də qələbə qazana bilmir. Açığı, çempionatın sonuna qədər vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Hər halda, "Şəfa", "Araz-Naxçıvan", "İmişli" olsun və "Qəbələ"ni də bu sıraya əlavə edərdim. Bu komandalar qeyri-sabit çıxış edirlər. "Qəbələ" son oyunlarda, məşqçi dəyişikliyindən sonra müəyyən qədər toparlanmağı bacarıb. Ancaq bu komandaların hər birinin oyununu daha da yaxşılaşdırmasına ehtiyac var. Çünki qarşılaşdıqları rəqiblər də kifayət qədər güclüdür.

Ümumilikdə, çempionatın ilk dövrəsini dəyərləndirsək, düşünürəm ki, komandaların əksəriyyəti hazırda öz potensialına uyğun mövqelərdə qərarlaşıb. Elə bir komanda yoxdur ki, onun altıncı yerdə olacağını gözlədiyimiz halda, hazırda liderlik uğrunda mübarizə apardığını görək. Eyni zamanda, yuxarı pillələrdə gözlədiyimiz, lakin turnir cədvəlinin aşağı sıralarına düşən komanda da yoxdur. Yəni xüsusi təəccüb doğuran bir mənzərə ilə qarşılaşmamışıq.

Sadəcə, "Neftçi", "Qarabağ" və "Sabah" arasındakı mübarizədə müəyyən gözlənilməz məqamlar yaşandı. Məsələn, mən "Sabah"ı bu tura qədər lider görürdüm və komandanın cari turdan sonra da ilk pillədə qalacağını düşünürdüm. Lakin xal itkiləri və heç-heçələr "Sabah"ın turnir cədvəlində bir qədər geriləməsinə səbəb oldu. Bununla belə, bu, normal haldır və çempionatın gedişatında gözlənilən vəziyyətlərdən biridir.

"Qarabağ"ı xüsusi vurğulamaq lazımdır. Açığı, bu çempionatda komandanın bu qədər geriləyəcəyini gözləmirdim. Bu qədər xal itkiləri, ardıcıl uğursuz nəticələr və qol vurmaqda çətinlik çəkmələri mənim üçün gözlənilməz oldu. Düşünürəm ki, "Qarabağ" üçün bu geriləmə bir qədər artıq oldu. Ardıcıl üç oyunda qol vura bilməmək və bir neçə qarşılaşmada xal itirmək bu komandadan gözlədiyimiz mənzərə deyildi. Düzdür, heyətdə çoxsaylı dəyişikliklərin olduğunu bilirdik, lakin bunun komandaya bu qədər təsir edəcəyini düşünmürdüm", - deyə o fanat.az-a açıqlamasında bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Oxşar xəbərlər