top
İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO Idman.biz
Bu gün, 19:12
- ↺ +

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Azərbaycanın ikiqat Paralimpiya, üçqat dünya və onqat Avropa çempionu İlham Zəkiyev hərbi xidmətdə aldığı ağır yaradan sonra yaşadığı çətinliklər və idmana qayıdışı barədə danışıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Əməkdar idman ustası agentliyin "Onun hekayəsi" videolayihəsinin növbəti qonağı olub.

1999-cu ildə hərbi xidmətdə olarkən düşmən snayperinin gülləsinə tuş gələn Zəkiyev beş gün komada qalıb. Həkimlərin sağ qalacağına ümid etmədiyi idmançı həyatda qalsa da, görmə qabiliyyətini tamamilə itirib.

Birinci qrup Qarabağ müharibəsi əlili kimi evə qayıdan Zəkiyev bütün çətinliklərə baxmayaraq, idmana dönmək arzusundan vaz keçməyib.

"2002-ci il noyabrın 1-dən yenidən məşqlərə başladım. Həyatımda yeni bir səhifə açıldı. Mən yenidən həyata bağlandım və sevdiyim işə, idmana qayıtdım. Görmə qabiliyyətimi itirsəm də, qələbəyə və həyata inamımı itirmədim", - deyə o bildirib.

İlham Zəkiyev 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında Azərbaycanın cüdo üzrə ilk Paralimpiya çempionu olub. Dörd il sonra Pekində bu uğurunu təkrarlayaraq ikinci dəfə qızıl medal qazanıb.

Təcrübəli idmançı müsahibəsində görmə məhdudiyyətli cüdoçuların kateqoriyalara ayrılması təşəbbüsündən və bununla bağlı Beynəlxalq Cüdo Federasiyası ilə apardığı işdən də söz açıb.

Gənclərə müraciət edən Zəkiyev onları çətinliklər qarşısında təslim olmamağa və məqsədlərinə doğru inamla irəliləməyə çağırıb:

"İnsan qarşısına məqsəd qoyubsa, o məqsədə gedən yol heç də həmişə hamar deyil. Orada eniş də var, yoxuş da, yıxılmaq da var, durmaq da. Mübariz olsalar, mütləq gec-tez məqsədlərinə çatacaqlar".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Futbol
Bu gün, 18:32

"Mançester Yunayted" Didye Deşamla əlaqə saxlayır

Futbol
Bu gün, 18:22

Braziliyada futbol oyunu zamanı futbolçunun pariki başından düşdü

Futbol
Bu gün, 18:21

Neftçi, 6 noyabrda Kəpəzlə qarşılaşacaq

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:17

Elvin Quliyev: "Futsalda gənc oyunçulara şans veririk, inkişaf etməsini istəyirik"

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Futbol
Bu gün, 17:13

İspaniyada futbolçu 18 yaşlı hakimi hücum etdikdən sonra 1 illik disvalifikasiya edildi

Futbol
Bu gün, 17:08

Portuqaliya Milli Komandası Kriştianu Ronaldu üçün xüsusi vida tədbiri keçirməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Oxşar xəbərlər