top
“Futbolçularımız yaxşı oyun göstərməyə çalışacaqlar” Qarabağ FK
25 sentyabr 2024, 13:33
- ↺ +

“Futbolçularımız yaxşı oyun göstərməyə çalışacaqlar”

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və əlcəzairli yarımmüdafiəçisi Yassin Benzianın mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

"Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən və həmişə liderlər sırasında yer alan komandaya qarşı oynayacağıq. Sabahkı oyuna hazırıq. Düzgün, səliqəli, intizamlı oynamağa çalışacağıq. Belə stadionda, bu cür azarkeşlər qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi baxımından yaxşı təcrübədir. Futbolçularımız çox güc sərf edərək yaxşı oyun göstərməyə çalışacaqlar".

Qurban Qurbanov Avropa Liqasının 2015/2016-cı il mövsümündə qarşılaşdıqları "Tottenhem"in həmin vaxtkı heyəti ilə hazırki kollektivini də müqayisə edib: "Tottenhem"lə keçirdiyimiz oyun yadımdadır. Həmin vaxt da yaxşı heyətləri və güclü baş məşqçiləri var idi. Ancaq bu gün futbol daha dinamik və sürətli keçir. Xüsusən də, hazırkı baş məşqçiləri gəldikdən sonra "Tottenhem" İngiltərə Premyer Liqasının ən sürətli pressinq edən komandalarından birinə çevrilib. 2015-ci illə müqayisədə bugünkü "Tottenhem" tam fərqlidir".

Yassin Benzia isə rəqibin güclü olmasına baxmayaraq, layiqli rəqabət aparacaqlarına inandığını söyləyib: "Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik. İnanıram ki, bizim üçün yaxşı oyun olacaq".

Qeyd edək ki, sabah "Tottenhem" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Oxşar xəbərlər