"Təxminən bilirdim ki, balanslı oyun olacaq. Çünki indiyə qədər yalnız "Neftçi" və "Qarabağ" bu komandaya qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib oyun idi. Biz rəqibdən yaxşı oynadıq. Amma bu, qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Asan deyildi. Rəqib kompakt müdafiə olunursa, çətindir. "İmişli"nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi olaraq, istəyirdim ki, qələbə qazanaq. İkinci hissədə qol vurduq. Çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Çox 8 oyunda sadəcə "Zirə"yə uduzmuşuq. Amma oyunumuz inkişaf etdirməliyik".
Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido deyib.
- Daha əvvəl Roy Kehatı komandanın əsas oyunçusu kimi görürdük. Amma son vaxtlarda onu daha çox meydana sonradan daxil edirsiz. Bunu nə ilə əlaqələndirirsiz?
- Roy bizim üçün çox vacib oyunçudur. O, ağır zədədən yeni qayıdıb. Çalışırıq ki, ona yavaş-yavaş imkan yaradaq. Keçən oyunda start heyətində başlamışdı. Gələcək oyunlarda necə kömək edəcəyini görəcəyik. Qərar verəcəyik.
- Komanda "altılıq"dan uzaqlaşır. Bu sizi narahat edir? "Kəpəz"lə artıq 7 xallıq fərq var...
- Təbii ki, ardıcıl heç-heçələr, xal itkiləri məni narahat edir. Yuxarıdan uzaqlaşmaq istəmirik. Amma çempionatdakı rəqiblər hamısı bir-birinə yaxın rəqiblərdir. Hamı bir-birinə qalib gələcək gücdədir. Hazırkı vəziyyət məni narahat edir. Amma baxaq ki, komanda noyabrd və mövsümün sonunda hansı vəziyyətdə idi. Yekunu gözləmək daha yaxşı olardı.