top
Fərid Qayıbov: Xankəndi stadionu UEFA turnirlərinin oyunları üçün hazırdır Idman.biz
Bu gün, 17:37
- ↺ +

Fərid Qayıbov: Xankəndi stadionu UEFA turnirlərinin oyunları üçün hazırdır

"Xankəndi şəhər stadionunda gələcəkdə Azərbaycan milli komandalarının və UEFA turnirlərinin oyunlarının təşkili mümkün ola bilər".

İdman.Biz xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşması zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir stadionun beynəlxalq oyunları qəbul etmək potensialından danışaraq, UEFA-nın müvafiq kateqoriyasının alınmasından sonra burada daha böyük miqyaslı qarşılaşmaların keçirilməsinin nəzərdə tutulduğunu söyləyib:

"Stadion müvafiq UEFA kateqoriyasını almaq üçün hazırdır. Burada beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Düşünürəm ki, yaxın gələcəkdə UEFA-dan müvafiq kateqoriya aldıqdan sonra AFFA-nın da dəstəyi ilə burada nəinki aşağı yaş qrupları üzrə, həmçinin A milli komandamızın da oyunları keçirilə bilər. Burada UEFA turnirlərinin oyunları da keçirilə bilər".

Fərid Qayıbov, həmçinin MOİK-in gələn ildən etibarən ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəyini açıqlayıb.

O, stadionun yenidən qurulması prosesini və burada futbol həyatının canlanmasını da xatırladıb. Nazir qeyd edib ki, Xankəndi azad edildikdən sonra - 2023-cü il dekabrın 21-də burada ilk futbol oyunu keçirilib. Həmin vaxt Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ" və MOİK komandaları üz-üzə gəlib.

Daha sonra dövlət başçısının tapşırığı ilə stadion yenidən qurulub və Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

F.Qayıbov "Xankəndi" komandasının doğma meydanında ilk oyununu keçirməsini də xüsusi hadisə kimi qiymətləndirib və çoxsaylı azarkeşlərin tribunalarda yer almasının sevindirici olduğunu vurğulayıb.

Araz Xəlilli

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:50

UEFA, FIFA-dan İnfantinonun FFE layihəsiylə bağlı sənədlərin təqdim edilməsini tələb edir

Digər
Bu gün, 17:48

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb

Futbol
Bu gün, 17:40

Mərakeş millisinin sabiq baş məşqçisi Valid Reqraqi Qətər yığmasına rəhbərlik edə bilər

Futbol
Bu gün, 17:40

"Real Madrid" Orelyen Tçuameni ilə müqaviləni 2032-ci ilədək uzadtı

Futbol
Bu gün, 17:35

Real Madrid Örelen Çuameni ilə müqaviləsini 2032-ci ilədək uzadıb

Futbol
Bu gün, 17:35

Sabahın futbolçusu Timoteuş Puxaç Polşa millisində iştirak etməməsinə münasibət bildirib

Formula 1
Bu gün, 17:33

Maklaren: Oskar Piastri Las-Veqas Qran-prisində 10 Yerdə Cərimə Qəbul Edəcək

Futbol
Bu gün, 17:21

Gəncəbasar müdafiəçisi Həsənov: Şahdağ Qusar'ı məğlub etmək üçün çıxacağıq

Futbol
Bu gün, 17:20

Beşiktaş yanvarda Amad Diallo transferi üçün hazırlaşır

Digər
Bu gün, 17:19

Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:09

“Real Madrid” Erlinq Holandın transferi üçün danışıqlara başladı

Futbol
Bu gün, 16:46

Neftçi klubunda uşaq hüquqları və təhlükəsiz idman mühiti seminarı keçirildi

Futbol
Bu gün, 16:40

PSJ Braziliyalı futbolçusuna bir il müqavilə uzatma təklifi verib

Digər
Bu gün, 16:38

Futsalda böyük futboldan gələnlərin performansı gözlənilən kimi deyil – Elvin Quliyev açıqladı

Futbol
Bu gün, 16:31

Daş atan futbolçuya səkkiz illik futboldan uzaqlaşdırma cəzası verildi

Futbol
Bu gün, 16:20

Braziliyada 32 yaşlı futbolçu çirkli pulların yuyulmasında şübhəli tapıldı

Tennis
Bu gün, 16:08

Karlös Alkarasın ciddi əzələ zədəsusxılığı: MRT-dən sonra ATP Yekun Turniri və Deyvis Kubokundakı gələcəyi bəlli olacaq

Futbol
Bu gün, 16:00

Rui Jorje: Azərbaycan U-20 millisinin intizami mənə də təsir etdi

Futbol
Bu gün, 15:44

Azərbaycan U19 qadın milli komandası üçün 20 oyunçu təlimə dəvət olunub;

Futbol
Bu gün, 15:40

Antonio Adan peşəkar qapıçılıq karyerasını başa vurub

Futbol
Bu gün, 15:38

FIFA prezidentliyinə namizəd olan üç şəxs rəsmən təsdiqlənib

Qarabağ FK
Bu gün, 15:30

Tahir Gözel “İmarət” azarkeş qrupunun 17-ci ildönümündə səmimi təbrik mesajı verdi

Futbol
Bu gün, 15:20

«Bavariya» «Köln»ə qarşı ciddi itki ilə çıxacaq: Noyer, Deyvis, Qnabri və Dias mehnatdan kənarda qalır

Oxşar xəbərlər