"Elvin Cəfərquliyev komandaya qayıtdı".
İdman.Biz-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.
"Bəzi görüşlər oldu. Hər halda qanunlara hamımız əməl etməliyik. Lazım olanda sərt reaksiyalar verməliyik. Onunla görüşlərimiz oldu və komandaya qayıtdı", - o deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" "Vestri"ni böyük hesabla məğlub edib – 3:0.
Xatırladaq ki, cavab görüşü iyulun 17-də baş tutacaq.