Polşa millisinin sabiq qapıçısı Yeji Dudek Mateuş Koxalskinin "Qarabağ"dan ayrılaraq "Vyeçista Krakov"a keçmək qərarını tənqid edib.
İdman.Biz Polşa mediasına istinadən xəbər verir ki, Dudek Koxalskinin bu qərarını təəccüblə qarşılayıb:
"Onun rahatlıq xatirinə və Polşa liqasına, üstəlik "Vyeçista"ya qayıtmaq üçün "Qarabağ"ı tərk etmək qərarı mənə bir qədər anlaşılmaz gəlir. Avropanın top klubuna keçmək uğrunda mübarizə aparmalı olan futbolçu rahatlığı, "Vyeçista"ya transferi seçdi və bunun müqabilində mükafat olaraq hələ Polşa millisinə də dəvət aldı".
Sabiq milli üzvü bu qərarın baş məşqçi Yan Urbanın mövqeyi ilə də ziddiyyət təşkil etdiyini bildirib:
"Bu, peşəkar futbolun prinsipləri ilə və məşqçi Urbanın futbolçuların seçimləri barədə rəyi ilə ziddiyyət təşkil edir. Axı Urban vurğulayırdı ki, kimsə Polşa liqasına qayıdırsa, onun milliyə düşmək şansı yoxdur".
Koxalski növbəti dəfə Polşa millisinin toplanışına dəvət alıb.
26 yaşlı qapıçı ötən mövsüm "Qarabağ"ın heyətində Çempionlar Liqasında çıxış edib, yay transfer pəncərəsində isə "Vyeçista Krakov"a keçib.