top
Çempionatın yeganə Azərbaycın bombardiri niyə millidən kənarda qalır: Salyanski ilə Qurbanlını müqayisə edirik Idman.biz
Bu gün, 14:48
- ↺ +

Çempionatın yeganə Azərbaycın bombardiri niyə millidən kənarda qalır: Salyanski ilə Qurbanlını müqayisə edirik

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteyn və Andorra ilə keçiriləcək oyunlara dəvət etdiyi 27 futbolçunun adını açıqlayıb. Siyahıda həm təcrübəli oyunçular, həm də yeni simalar var. Lakin bir futbolçunun heyətdən kənarda qalması xüsusi suallar doğurur.

İdman.Biz xəbər verir ki, cari mövsümdə çempionatın ən məhsuldar futbolçularından biri olan 22 yaşlı "Araz-Naxçıvan" hücumçusu Ağadadaş Salyanski milli komandaya dəvət almayıb.

Məsələ təkcə gənc futbolçunun mövsümə yaxşı başlamasında deyil. Azərbaycan futbolunun uzun illərdir hücumçu problemi yaşadığı bir vaxtda onun göstəriciləri xüsusi diqqətə layiqdir.

Doqquz qoldan dördünü o vurub

On turdan sonra Salyanskinin aktivində dörd qol var və o, bombardirlər siyahısında üçüncü pilləni bölüşür. Ondan yalnız "Neftçi"nin braziliyalı futbolçusu Breno Almeyda və "Sabah"ın almaniyalı hücumçusu Coy-Lens Mikels öndədir.

Daha diqqətçəkən məqam isə budur: Salyanski çempionatın ən məhsuldar futbolçuları arasında yer alan yeganə azərbaycanlı hücumçudur.

Üstəlik, o, ölkə çempionatında dominantlıq edən komandada çıxış etmir. "Araz-Naxçıvan" on oyundan sonra heç bir qələbə qazanmayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Komandanın vurduğu doqquz qolun dördü məhz Salyanskinin payına düşür. Bu, klubun ümumi qol sayının təxminən 45 faizi deməkdir.

Onun qol vurduğu rəqiblər də maraqlıdır: "Qarabağ", "Turan Tovuz", "Şamaxı" və "Zirə". Yəni söhbət yalnız autsayderlərlə oyunlarda statistikasını yaxşılaşdıran futbolçudan getmir.

Sonuncu qolunu oktyabrın 31-də "Zirə" ilə 2:2 hesabı ilə başa çatan qarşılaşmada vurub.

Bəs milliyə çağırılan hücumçuların göstəriciləri necədir?

Milli komandaya dəvət alan Musa Qurbanlı ilə müqayisə xüsusilə maraqlıdır.

"Qarabağ"ın hücumçusu cari çempionatda bir qol vurub. Salyanski isə xeyli zəif nəticələr göstərən komandada çıxış etməsinə baxmayaraq, dörd dəfə fərqlənib.

Əlbəttə, futbolçuları yalnız vurduqları qolların sayına əsasən müqayisə etmək düzgün olmaz.

Qurbanlının əsas millidə çıxış təcrübəsi var. O, milli komandanın tələblərinə bələddir və daim yüksək səviyyədə mübarizə aparan klubda oynayır. Meydandakı funksiyaları da Salyanskinin üzərinə düşən vəzifələrdən fərqlənə bilər.

Lakin burada məntiqli sual yaranır: əgər məşqçilər korpusu özünü əvvəlcədən doğrultmuş futbolçulara üstünlük verirsə, hazırda yüksək məhsuldarlıq nümayiş etdirən oyunçular nə vaxt özlərini göstərmək imkanı qazanacaqlar?

Axı söhbət Salyanskiyə əsas heyətdə yer verilməsindən belə getmir. Məsələ onun heç olmasa millinin təlim-məşq toplanışına dəvət olunmasıdır.

Yaş və təcrübəsizlik arqument ola bilərmi?

Ağadadaşın cəmi 22 yaşı var. Buna görə də onun yaşının milli komandada çıxış etməyə maneə yaratdığını və ya gələcək inkişaf perspektivlərinin məhdud olduğunu söyləmək üçün heç bir əsas yoxdur.

Üstəlik, futbolçunun artıq beynəlxalq oyun təcrübəsi də var. Oktyabr ayında Salyanski Azərbaycanın U-21 millisinin Cəbəllütariq üzərində 3:0 hesablı qələbəsində dubl edib. O, 43-cü və 51-ci dəqiqələrdə fərqlənib.

Salyanski əsas milli komandada hələ debüt etməsə də, 2025-ci ilin martında o vaxtkı baş məşqçi Fernandu Santuşdan dəvət almışdı.

Maraqlıdır ki, Ayxan Abbasov noyabr toplanışına İtaliyanın "Sampdoriya" klubundan 18 yaşlı Lorenso Metsotteronu da çağırıb. Bu, mütəxəssisin gənclərə güvənməyə və yeni futbolçuları sınamağa hazır olduğunu göstərir.

Bəs niyə eyni etimad Azərbaycan Premyer Liqasında artıq məhsuldarlığını nümayiş etdirən hücumçuya göstərilmir?

Bəlkə, məsələ təkcə qollarda deyil?

Obyektiv olmaq üçün məşqçi seçiminə təsir göstərə biləcək digər amilləri də nəzərə almaq lazımdır.

Salyanski heç də həmişə nümunəvi intizamı ilə seçilməyib. 2025-ci ilin mayında "Neftçi" və "Sabah"ın əvəzedici komandalarının oyununda aqressiv davranışına görə dörd oyunluq cəzalandırılıb. Bu ilin oktyabrında isə "Sumqayıt"la qarşılaşmada ikinci sarı vərəqədən sonra meydandan qovulub və bir oyunu buraxmalı olub.

Hər iki cəza AFFA İntizam Komitəsinin rəsmi qərarlarında əksini tapıb.

Bu amil millinin məşqçilər korpusu tərəfindən nəzərə alına bilərmi? Nəzəri baxımdan, bəli. Lakin Ayxan Abbasovun açıqlaması olmadan məhz intizam problemlərinin futbolçunun dəvət almamasına səbəb olduğunu iddia etmək düzgün olmaz.

Səbəblər sırf futbol xarakterli də ola bilər: pressinqdə iştirak, qərarvermə sürəti, topsuz hərəkətlər və ya konkret taktiki modelə uyğunluq.

Ancaq ətraflı fərdi statistik göstəricilər və baş məşqçinin izahı olmadan Salyanskinin bu komponentlər üzrə milliyə çağırılmış hücumçulardan geri qalıb-qalmadığını müəyyənləşdirmək mümkün deyil.

Heç olmasa, niyə sınamayaq?

Sentyabr ayında İdmanxeber.az saytına müsahibəsində Salyanski əsas milli komandada oynamağı arzuladığını və dəvət alacağı təqdirdə buna tam hazır olacağını bildirmişdi.

Həmin vaxtdan onun məhsuldarlığı daha da artıb.

Əlbəttə, mövsümün nisbətən qısa hissəsində vurulan dörd qol futbolçunu avtomatik olaraq millinin əsas heyətinə namizəd etmir. Amma bu göstərici ən azı ona daha yaxından diqqət yetirməyə əsas verir.

Xüsusilə də qarşıda Lixtenşteyn və Andorra ilə görüşlər olduğu halda. Bunlar Azərbaycan millisinin hücum futbolu nümayiş etdirməyə və çoxsaylı qol imkanları yaratmağa çalışmalı olduğu rəqiblərdir.

Belə matçlarda məhsuldar gənc hücumçunun sınanılması kifayət qədər məntiqli qərar olardı.

Salyanski mütləq Musa Qurbanlıdan və ya Mahir Emrelidən güclü deyil. Bəs o, onlardan nə dərəcədə zəifdir ki, millinin toplanışında iştirak etmək üçün belə şans qazanmır?

Bu suala Ayxan Abbasovun özündən cavab eşitmək maraqlı olardı.

Çünki çempionatın bombardirlər yarışında liderlər sırasında yer alan yeganə azərbaycanlı hücumçu milli komandadan kənarda qalırsa, azarkeşlər məşqçilər korpusunun hansı meyarları əsas götürdüyünü bilməyə haqlıdırlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

“Zirə” ilə “Qəbələ” arasında 6 oyunluq həsrət davam edir

Futbol
Bu gün, 14:30

Mançester Yunayted yanvarda Dominik Kalvert-Lyuin, Yan-Filip Mateta və İvan Touni arasından hücumçu transferini planlaşdırır

Qarabağ FK
Bu gün, 14:28

Tovuz toyunda qonaqlar ekranda “Qarabağ” - “Turan Tovuz” matçını izləyib - VİDEO

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Oxşar xəbərlər