Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda keçirilən "Sabah" - "Qarabağ" görüşünü beynəlxalq futbol ictimaiyyətinin tanınmış simaları da izləyiblər.
İdman.Biz xəbər verir ki, FIFA prezidenti Canni İnfantino və İngiltərənin "Arsenal" futbol komandasının sabiq baş məşqçisi Arsen Venger qarşılaşmanı stadiondan izləyiblər.
Onlarla yanaşı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də tribunada yer alıb.
Görüşü izləyənlər arasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və AFFA-nın baş katibi Elxan Məmmədov da olublar.
Diqqətçəkən məqamlardan biri Rövşən Nəcəfin matçı üzərində 7 nömrəsi olan futbolkada izləməsi olub.
Qeyd edək ki, "Sabah" və "Qarabağ" arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.