top
“Bu rəqibə qalib gəlmək gücündəyik” Qarabağ FK
11 dekabr 2024, 23:56
- ↺ +

“Bu rəqibə qalib gəlmək gücündəyik”

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Elfsborq" (İsveç) - "Qarabağ" matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Marko Veşoviçin mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

"Hər iki komanda üçün vacib oyundur. Avropa Liqasında 2024-cü ilin son turudur. Ümumi nəticəyə baxsaq, aradakı xal fərqi çox azdır. Bəlkə də, sabah daha çox güc sərf etməli olacağıq. Səliqəli oynamaq önəmlidir. Sərfəli nəticə ilə meydanı tərk etməyə çalışacağıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibi məğlub edə bilər. Qarşımızdakı komanda da çox intizamlıdır. Düşüncələrimiz tam həyata keçsə, bu rəqibə qalib gəlmək gücündəyik. Diqqətli, intizamlı oyunla bunu əldə edə bilərik".

Baş məşqçi müdafiəçilər Bəhlul Mustafazadə və Kevin Medinanın zədəli olmasına da münasibət bildirib: "Xüsusən də, müdafiə xəttində itkilərimiz var. Bəhlul Mustafazadə və Kevin Medina oynamayacaq. Bunlar görünənlərdir. Görünməyən tərəflər isə odur ki, bəzi oyunçuların da mikro zədələri var. Bu bizi narahat edir. Sabah həkimlərlə məsləhətləşdikdən sonra qərarımızı verəcəyik. Meydança amilini də unutmaq olmaz. Süni örtük həmin zədələrə daha pis təsir göstərə bilər. Ancaq təcrübəli futbolçularımız var. Həmin mövqelərdə ən düzgün addımı atmağa çalışacağıq".

Marko Veşoviç də Bakıya qələbə ilə qayıtmağı hədəflədiklərini söyləyib: "Bizi çətin rəqibə qarşı ağır oyun gözləyir. Həftəboyu matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, istədiyimiz oyunu nümayiş etdirəcəyik. Bununla bərabər aktivimizə daha bir qələbə yazdırmaq istəyirik. İnanıram ki, burada əldə edəcəyimiz qalibiyyəti fanatlarımızla birgə qeyd edəcəyik".

Qeyd edək ki, sabah "Boras Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Oxşar xəbərlər