top
Bakıdakı matçda 5 qol Qarabağ FK
28 noyabr 2024, 14:18
- ↺ +

Bakıdakı matçda 5 qol

"Qarabağ" – "Lion" (Fransa) - 1:4

Olavio Juninyo, 88 (pen.) - Georges Mikautadze, 15, 80. Sorentin Tolisso, 63. Malik Fofana, 68

"Qarabağ" növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində beşinci matçına çıxıb. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın "Lion" klubu ilə görüşüb.

Komandamız oyunu aşağıdakı heyətlə keçirib: 99. Mateuş Koxalski, 29. Marko Veşoviç (2. Mateus Silva, 60), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 65), 66. Patrik Andrade (6. Julion Romao, 60), 8. Marko Yankoviç, 7. Yassin Benzia (11. Emmanuel Addai, 74), 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 60), 10. Abdullah Zubir (k), 18. Juninyo

"Lion" Liqa mərhələsində keçirdiyi ilk dörd oyunda 7 xal toplamasına və Fransanın nəhəng klubu sayılmasına baxmayaraq, futbolçularımız ilk dəqiqələrdən rəqibdən çəkinmədən mübarizə aparıblar. Birinci hissədə başabaş mübarizə gedirdi. Hətta komandamız bir çox komponentdə rəqibini üstələyirdi. Bunun fonunda hesabı açan tərəf qonaqlar olub.

Ancaq bu da oyunçularımızı həvəsdən salmayıb. Üstünlüyü ələ alan komandamız fasiləyə qədər nəinki bir, hətta daha çox qol vura bilərdi. Lakin bəxt Fransa təmsilçisinin yanında idi. Təsadüfi deyil ki, birinci hissədə qonaqları bir dəfə qapı dirəyi, bir dəfə isə tir qoldan xilas edib.

İkinci hissədə də ssenari dəyişməyib. Komandamız yenə ardıcıl hücumlar və yaratdığı qol vəziyyətləri ilə "Lion"un qapıçısını müntəzəm narahat edirdi. Ancaq yenə qol vuran tərəf fransızlar olurdu. Nəticədə rəqib ikinci hissədə daha 3 dəfə fərqlənib. Nəhayət, 88-ci dəqiqədə Olavio Juninyo penalti qolu ilə adını tabloya yazdırıb. Beləliklə, qarşılaşma "Lion"un 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" klubu ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Oxşar xəbərlər