top
Bakıda 5 qol Qarabağ FK
23 yanvar 2025, 23:46
- ↺ +

Bakıda 5 qol

"Qarabağ" – FCSB (Rumıniya) - 2:3

Leandro Andrade, 1. Joyskim Dava, 41 (avtoqol) – Adrian Şut, 7, 73. David Mikulesku, 45+4

"Qarabağ" növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində yeddinci matçına çıxıb. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Rumıniyanın FCSB klubunu qəbul edib.

Komandamız oyunu aşağıdakı heyətlə keçirib: 97. Fabiyan Buntiç, 13. Bəhlul Mustafazadə (29. Marko Veşoviç, 70), 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao (66. Patrik Andrade, 70), 8. Marko Yankoviç, 15. Leandro Andrade (11. Emmanuel Addai, 81), 21. Aleksey Kaşuk (27. Toral Bayramov, 81), 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 81).

Matça əla başlanğıc edən futbolçularımız bir dəqiqə tamam olmamış hesabı açmağa müvəffəq olublar. Rəqibin müdafiəçisini aldadan Leandro Andrade qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Komandamız aramsız hücumlarını davam etdirsə də, çox keçmədən qonaqlar bərabərliyi bərpa ediblər. Rumıniya təmsilçisi standart vəziyyətdən maksimum yararlanıb.

Buna baxmayaraq, həvəsdən düşməyən oyunçularımız rəqibin müdafiə xəttini gərginlikdə saxlamaqda davam ediblər. Hissənin sonlarına yaxın temp daha da artıb. Hücumların birində Elvin Cəfərquliyevin sol cinahdan ötürməsindən sonra top FCSB-nin müdafiəçisinə dəyərək tora daxil olub. Ancaq qonaq komanda fasiləyə bir neçə saniyə qalmış növbəti korneri məntiqi sonluqla yekunlaşdırıb.

İkinci hissə də komandamızın üstünlüyü şəraitində keçib. Lakin böyük qüvvə ilə müdafiə olunan qonaqlar çətinliklə də olsa, hücumların qarşısını alıblar. Bunun fonunda növbəti qol rumınlardan gəlib. FCSB futbolçuları üçüncü qolu da künc zərbəsindən ötürmədən sonra vurublar. Hesabda geri düşən komandamız son dəqiqələri bütünlüklə hücumda keçirib. Rəqib isə sıx müdafiə olunaraq, bərabərlik qoluna imkan verməyib. Nəticədə 5 qolun vurulduğu görüşdə FCSB 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son turu çərçivəsində yanvarın 30-da Yunanıstanda yerli "Olimpiakos" klubu ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Digər
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt-sterlinq dəyərində gizli danışığı

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Oxşar xəbərlər