top
Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi Idman.biz
Dünən, 16:45
- ↺ +

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Futbol üzrə Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, turnirin tarixində ilk dəfə eyni liqa təmsilçilərinin oyununda 12 və ya daha çox top fərqinə təsadüf olunub. İkinci Liqa klublarının birinci təsnifat mərhələsindəki duelində "Qaradağ Lökbatan" "Şəki"nin qapısından 12 cavabsız top keçirib.

1992-ci ildən keçirilən ölkə kubokunda 5-ci dəfə 12 topluq və ya daha böyük fərq qeydə alınsa da, bunadək heç vaxt eyni dəstədə çıxış edən klubların matçında belə fərq olmamışdı. Ümumilikdə isə bu nəticə kubokda son 23 mövsümün rekordudur. Daha böyük fərqə sonuncu dəfə 2003/2004-cü illər mövsümündə rast gəlinib. "Şəfa" "Lider Qarabağ"ın qapısından 14 qol keçirib. 1997/1998-ci illər mövsümündə isə "Şəfa" eyni hesabla HHQ İK-ə qalib gəlib. Həm bu görüşlərdə, həm də indiki kimi 12:0 hesabının qeydə alındığı iki matçda da qalib komanda yüksək, rəqibi isə aşağı liqa təmsilçisi olub. 1997/1998-ci illər mövsümündə "Qarabağ" "Naftalan"a, "Kür-Nur" "Babək-44"ə 12 cavabsız qolla qalib gəlib.

"Qaradağ Lökbatan"ın 12 qolundan ikisi həm də yubiley xarakteri də daşıyıb. Matçdakı 9-cu top klub tarixinə kubokdakı 50-ci qol kimi düşüb. 31-ci oyununu keçirən komandanın yubiley qolunu 71-ci dəqiqədə Vüsal Alızadə vurub. Turnirdə 53 dəfə fərqlənən paytaxt təmsilçisi kubokda 50 və daha çox qol vuran 22-ci komandadır.

Evdə 12-ci kubok matçına çıxan komandanın 5-ci qolu öz meydanındakı 30-cu top olub və qarşılaşmanın sonunda bu rəqəm 37-yə yüksəlib. Turnirin tarixinə evdə ən azı 30 dəfə fərqlənən 21-ci komanda kimi düşən bakılıların yubiley qoluna 17-ci dəqiqədə Kamil Mahmudov imza atıb.

Azərbaycan Kubokunun I təsnifat mərhələsində məhsuldarlıq rekordu da qeydə alınıb. Baş tutan 6 qarşılaşmada 36 qol vurulub. "Qaradağ Lökbatan" – "Şəki" (12:0) matçında 12, "Ağdaş" – "Haypers" (1:6) qarşılaşmasında 7, "Şəmkir" – "Ağstafa Gəncləri" (1:5) oyununda 6, "Şirvan" – "Kür-Araz" (1:3) və "Difai" – "Zəngəzur" (1:3) görüşlərinin hərəsində 4, "Marafon" – "Dinamo" (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb.

Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan Kuboku tarixinin rekordunun təkrarıdır. 1997/98 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
08 oktyabr 2026, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
08 oktyabr 2026, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
08 oktyabr 2026, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
08 oktyabr 2026, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
08 oktyabr 2026, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
08 oktyabr 2026, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
08 oktyabr 2026, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Oxşar xəbərlər