"Qarabağ" əvvəlki çempionatlarda rəqiblərindən 5-6 xal öndə olurdu. Cari mövsümdə isə fərqli mənzərəyə şahidlik edirik. Bunun əsas səbəblərindən biri komandanın onurğa sütununu təşkil edən futbolçuların birdən-birə düşərgədən ayrılmasıdır". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın əvvəlki mövsümlərlə müqayisədə nəticələrində yaranan fərqi əsas heyətdəki dəyişikliklərlə əlaqələndirib:
"Abdullah Zubir təkbaşına qol epizodu yarada bilən oyunçu idi. Məncə, Kevin Medina olsaydı müdafiədə belə boşluqlar olmazdı. Müdafiə xətti səhvə yol versə belə, Medina gücü və sürəti hesabına həmin xətaları sığortalamağı bacarırdı".
Kərimovun sözlərinə görə, "Qarabağ"ın nəticələrinə təsir edən əsas amillərdən biri komandaya gələn futbolçuların gedən oyunçuların əvəz edə bilməməsidir:
"Hücum xəttindəki futbolçular da komandanın qələbə qazanmasında böyük rol oynayırdılar. Onların komandada olmaması təbii ki, nəticələrə təsir edir. Yeni gələnlərin komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Ancaq məncə, əsas problem uyğunlaşma deyil, futbolçuların keyfiyyətidir. Yeni gələnlərin fərdi ustalıq səviyyəsi bir o qədər də yüksəl deyil".
Qeyd edək ki, Misli Premyer Liqasında bir oyun az keçirən "Qarabağ" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.