top
“Araz‑Naxçıvan” yarımmüdafiəçisi Rövlan Muradov: “Qarabağın adı bizə çətinlik yaratmır, ancaq şansları daha yaxşı dəyərləndirməliyik” Idman.biz
13 sentyabr 2026, 16:18
- ↺ +

“Araz‑Naxçıvan” yarımmüdafiəçisi Rövlan Muradov: “Qarabağın adı bizə çətinlik yaratmır, ancaq şansları daha yaxşı dəyərləndirməliyik”

Mövsümə "İmişli" ilə qeydə alınan heç-heçə ilə başlayan "Araz-Naxçıvan" son üç oyunda meydanı məğlubiyyətlə tərk edib. "Neftçi" ilə "Sabah"a boyun əyən "qırmızı-ağlar" dördüncü turda "Qarabağ"la bacarmadı - 2:3.

Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Rövlan Muradov geridə qalan turlar barədə sportinfo.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- İki qol vurduğunuzu və bir xala yaxın olduğunuzu nəzərə alsaq, qarşılaşmanı necə dəyərləndirirsiniz?

- Qarşımızda illərin təcrübəli komandası var idi. Məqsədimiz "Qarabağ"ın adından qorxmadan mübarizə aparmaq idi. Fikrimcə, bunu bacardıq. Yəqin lazım olan qədər döyüşdük, çalışdıq. Hətta əlverişli qol imkanlarımız da oldu, dəyərləndirə bilmədik. Şanslardan istifadə etsəydik, "Qarabağ"dan xal ala bilərdik.

- Nəticə bir tərəfə, oyunu qənaətbəxş hesab etmək olar?

- Niyyətimiz üç xalla ayrılmaq idi. Heç-heçə də yaxşı nəticə sayılardı. Buna nail olmamışıqsa, nəsə deməyin mənası yoxdur. Oyun planında yaxşı işlər gördüyümüzü deyə bilərəm. Fürsətləri dəyərləndirmək lazım idi.

- "Qarabağ"ın adı ağırlıq yaradır?

- Xeyr, düşünmürəm. Ağırlıq olsaydı, nə iki qol vurardıq, nə rəqiblə başa-baş mübarizə aparardıq, nə də bu qədər qol fürsəti yaradardıq.

- Dörd oyunda cəmi bir xal və 11-ci pillə. Bunu "Neftçi", "Sabah" və "Qarabağ" kimi iddialılarla ardıcıl ağır oyunlara bağlamaq olar?

- Təqvim hamı üçün eynidir. Bu gün biz ardıcıl ağır matçlara çıxırıqsa, sabah başqa komanda bizim yerimizdə olacaq. Dörd oyundakı bir xalı yol verdiyimiz səhvlərlə əlaqələndirə bilərəm. Kobud səhvlərə yol verməsəydik, bu gün xallarımızın sayı daha çox olardı. Az səhv etməklə yanaşı, qol fürsətlərini dəyərləndirmək də mütləqdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Oxşar xəbərlər