top
Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir Idman.biz
Bu gün, 14:41
- ↺ +

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

"Həqiqətən çox yaxşı turnir oldu".

Bunu FIFA agenti, Azərbaycan futbol milli komandasının, "Qarabağ", "Bakı" klublarında da oynamış Anatoli Ponomaryov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Hazırda FIFA agenti kimi çalışırsınız. Hətta bu yaxınlarda Bakıda keçirilmiş U-15 dünya çempionatı və festivalı da izləmək üçün Bakıya səfər etmişdiniz. Yəqin ki, bu səfər istedadlar tapmaq üçün idi?

- Bəli, Bakıya səfər etmişdim. Həqiqətən çox yaxşı turnir oldu. Nə qədər komanda var idi, nə qədər futbolçu oynadı orada...Təbii ki, həmin istedadlı futbolçuları görmək, seçmək üçün dostumla Bakıda idim. Onunla birlikdə çalışıram, serbdir, Avstriyada yaşayır. Milinkoviç-Saviçlərin qardaşıdır. Yaxşı agent şirkətinə sahibdir. Bir neçə maraqlı futbolçular gördük orada.

- Azərbaycanın U-15 yığmasında necə, istedadlı, Avropaya apara biləcəyiniz oyunçular var idi?

- Bəli, yaxşı uşaqlar var. Amma başa düşmək lazımdır ki, "Avropada bu komandaya getmək istəyirəm" deməklə ora yollanmaq o qədər də asan deyil. Özünüz görürsüz də, dünyada nə qədər futbolçu var və hamı Avropaya getmək istəyir. Gərək çox futbolçudan 2-3 dəfə güclü olasan. Azərbaycanlıların Avropa pasportu da yoxdur. Belə olanda, Avropa klubları üçün azərbaycanlı futbolçuları transfer etmək daha da çətinləşir. Ən yaxşı halda, onları 18 yaşında heyətinə qata bilir. Bəzən elə olur ki, 18 yaşına çatmamış afrikalıları baxışa çağırırlar, baxırlar. 18 yaşı olanda isə həmin kluba keçirlər. Azərbaycanlı futbolçularla bağlı da məsələ belə olur. Asan deyil.

- Azərbaycan futboluna baxırsınız?

- Bəli, baxıram. "Sabah" - "Qarabağ" matçında stadionda idim. Qol vurulmasa da, maraqlı oyun oldu. "Qarabağ"ı da izləyirəm, "Sabah"ı da.

- Millimiz barədə fikiriniz necədir? Hazırda yığma Millətlər Liqasında D divizionundadır. Lixtenşteyn yığmasına da qalib gələ bilmədilər..

- Düzü, mənim üçün nəsə demək çətindir. Millinin oyunlarına baxmaq üçün çox da vaxtım olmadı. O qədər işlərim olur ki, müəyyən ölkələrə gedirik, gənc futbolçuların transferi ilə məşğul oluruq. Vaxt olmur ki, oyunlara baxım.

- Bəs, Azərbaycanın əsas millisində elə futbolçular var ki, onları Avropa klublarına təklif edəsiniz?

- Bilmirəm.

- Millidən heç kimlə işləmirsiniz?

- Xeyr, çalışmıram.

- Musa Qurbanlı İsveçə yollanmışdı, "Yurqorden"də oynadı. Onunla İsveçdə də tez-tez görüşürdünüz. Sizcə, nəyə görə Qurbanlının İsveçdəki karyerası alınmadı?

- Məncə, Musa "Yurqorden"ə çətin anda gəlmişdi, uyğun vaxt deyildi. Bəzən elə olur ki, şans yanında olmalıdır, komanda da yaxşı oynamalıdır ki, sən də relsə düşəsən. Amma Musa gəldiyi vaxtda Azərbaycanda fasilə idi, İsveçdə isə mövsüm davam edirdi. "Yurqorden"in hücumçusu yox idi, dərhal onu oynatmağa başlatdılar. Komanda qalib gələ bilmirdi, Musa da qol vurmurdu. O zaman çox şey neqativ olur. Ancaq başqa şəraitdə, başqa vaxtda gəlsəydi....Məsələn, "Yurqorden" qələbələr qazansaydı, komandanın başqa hücumçusu olsaydı, Musa yavaş-yavaş oynamağa başlayıb, komandaya öyrəşsəydi, bəlkə də hər şey başqa cür alınacaqdı. Ümumilikdə, Musanın özünü pis göstərdiyini demək olmaz. Sadəcə Musa "Yurqorden"ə uyğun vaxtda gəlməmişdi. Yoxsa, Musanın yaxşı futbolçu olduğunu düşünürəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Oxşar xəbərlər