top
Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar” Idman.biz
24 oktyabr 2026, 15:28
- ↺ +

Almaniyada yaşayan azərbaycanlı futbolçu Nihat İsgəndərov: “Milli komandaya qayıtmaq şərəf olar”

"Alman dilində ünsiyyət qura bilirəm, deyilənləri başa düşürəm və özümü ifadə etməkdə çətinlik çəkmirəm".

Bunu hazırda Almaniyanın "Blumenthaler" klubunun U-19 komandasında çıxış edən azərbaycanlı futbolçu Nihat İsgəndərov qol.az-a müsahibəsində deyib.

Klub Almaniyanın beşinci liqasında, U-19 komandası isə bu yaş qrupunun ikinci liqasında mübarizə aparır.

"Qarabağ"ın U-19 komandasında çıxış edərkən alman skautlarının diqqətini cəlb edən 18 yaşlı futbolçu müsahibəsində müxtəlif mövzulara toxunub.

Həmin müsahibəni təqdim edirik.

- Nihat, əvvəlcə Almaniyaya gedişinizlə bağlı danışaq. Necə oldu ki, "Qarabağ"dan Almaniya klubuna üz tutdunuz?

- İki il əvvəl "Hannover 96" klubunun düşərgəsinə dəvət almışdım. İki həftə orada yoxlamada oldum. Məşqlərdən sonra məni bəyəndilər. Daha sonra mövsüm başa çatdı. Bir neçə gün sonra isə mənə yeni təklif gəldi. Eyni zamanda burada universitetə də qəbul olundum. Həm təhsilimi, həm də futbol karyeramı Almaniyada davam etdirmək imkanı yarandı. Almaniyaya gəlməyim hər iki baxımdan uğurlu oldu. Şükürlər olsun, hər şey yaxşı davam edir.

Hazırda Bremen şəhərini təmsil edən "Blumenthaler" klubunun U-19 komandasında çıxış edirəm. U-19 ikinci liqada, əsas komanda isə 5-ci liqada oynayır.

- Yəni sizi ora futbola görə dəvət etdilər, daha sonra universitet məsələsi gündəmə gəldi?

- Bəli, futbola görə bura gəldim. Daha sonra burada yaşamaq və təhsil almaq məsələsi də gündəmə gəldi. Universitetə qəbul olmaq üçün ingilis dili imtahanı verməli oldum. İmtahanı verdikdən sonra universitetə qəbul olundum. Hazırda burada tək yaşayıram. Gündəlik həyatımı özüm idarə edirəm, yeməyimdən tutmuş digər ehtiyaclarıma qədər hər şeylə özüm məşğul oluram.

- Almaniyada tək yaşamaq bu yaşda çətinlik gətirmir?

- Deməzdim. Əvvəllər də milli komanda ilə səfərlərdə olmuşam, bəzən ölkədən kənarda 20 gündən çox qalmışam. Xaricdə çox olduğum üçün bu həyata uyğunlaşmaqda ciddi çətinlik çəkmirəm.

- Alman dilini öyrənmisiniz?

- Alman dilində ünsiyyət qura bilirəm, deyilənləri başa düşürəm və özümü ifadə etməkdə çətinlik çəkmirəm. Dil biliyimi inkişaf etdirirəm. Artıq futbol mühitində deyilənləri tam anlayıram və özümü normal səviyyədə ifadə edə bilirəm. Dil öyrənmək üçün əlimdən gələni edirəm. Burada yaşamaq və təhsil almaq mənim üçün Bakıda qalmaqdan daha maraqlı təcrübəyə çevrilib.

- Komandada işlər necə gedir? Müntəzəm oynamaq imkanınız olur?

- Hər şey yaxşıdır. İkinci liqada təcrübə qazanıram. Bəzən U-18 komandasına da kömək edirəm. Beləliklə, hər iki liqada təcrübə qazanıram. U-18-də əsas heyətdə oynayıram. U-19-da bəzən ehtiyatda da otururam. U-19-da məndən yaşca böyük futbolçular var. Onlar Almaniya futbolunda uzun müddətdir çıxış edən oyunçulardır. Hətta iki futbolçu vaxtilə Almaniya milli komandasının düşərgəsində olublar.

- Hazırda hansı mövqedə çıxış edirsiniz?

- İki əsas mövqedə oynayıram: sol cinah yarımmüdafiəçisi və mərkəz hücumçusu.

- Almaniyada çıxış edən futbolçu kimi qarşınıza hansı hədəfləri qoymusunuz?

- Əsas məqsədim hələ ki, Almaniyada çıxış etmək, gələcəkdə isə Avropada karyeramı davam etdirməkdir. İmkan olsa, Almaniya Bundesliqasında çıxış edən komandaya düşmək mənim üçün çox yaxşı olardı. Burada belə bir imkan var. Çünki hər oyuna skautlar gəlir. Ümid edirəm ki, ikinci liqadan birinci liqaya yüksələ biləcəyəm.

- Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında oynamısınız. Ancaq bir müddətdir ki, millilərə dəvət almırsınız. Yəqin ki, əsas hədəflərdən biri də yenidən milliyə dəvət almaqdır.

- Bəli, U-15, U-16 və U-17 millilərində çıxış etmişəm. Yenidən milliyə çağırılmaq xoş olardı. Bunu çox istəyirəm. Öz ölkəmi təmsil etmək mənim üçün böyük qürur olar. Almaniyada aşağı yaş qruplarının oyunlarına da skautlar gəlir. U-19-un oyunlarında kifayət qədər skaut olur. Başqa komandaların nümayəndələri də gəlib futbolçuları izləyirlər. Ona görə də hər şey futbolçunun özündən asılıdır. Mən də əlimdən gələni edirəm ki, özümü yaxşı tərəfdən göstərərək həm milliyə dəvət alım, həm də birinci liqa klubuna keçim.

- Almaniyaya "Qarabağ"dan getmisiniz, bəs daha əvvəl harada çıxış etmisiniz?

- Bəli, əslində, futbola "Qarabağ"dan əvvəl başlamışam. "Qarabağ"a gələnə qədər üç klub dəyişmişəm. Uşaqlıqdan çıxış etdiyim klublardan biri "İnter" olub. "İnter"dən sonra Bakıda fəaliyyət göstərən "Mançester Yunayted" məktəbində məşq etmişəm. Futbolla bağlı qazandığım bilikləri, topla oynamağı və oyunun əsaslarını əsasən orada öyrənmişəm. Daha sonra EFA klubunda çıxış etmişəm və oradan "Qarabağ"a keçmişəm. "Qarabağ"da təxminən 8 il oynamışam. Əsasən klubun U-16 və U-19 komandalarında çıxış etmişəm. Bəzən klubun əsas komandası ilə məşqlərdə də iştirak etmişəm.

- Yəqin "Qarabağ"ın əsas komandasına yüksəlmək istəyiniz də olub?

- Əlbəttə ki, o da hədəflərimdən biri idi. Amma hər şey elə gətirdi ki, futbola görə Almaniyaya gəldim. Mən bura sırf futbola görə gəlmişəm. Futbola marağım olmasaydı, Almaniyaya oxumağa gəlməzdim.

- "Qarabağ"da daha çox oynamısınız. Bu komanda sizə nə verdi?

- Bəli, ən çox "Qarabağ"da çıxış etmişəm. Orada çox böyük təcrübə qazanmışam. Məhz "Qarabağ"da oynayarkən diqqəti özümə çəkə bilmişəm.

- Almaniya futbolunda Azərbaycanla müqayisədə nələri görürsünüz?

- Fərq çox hiss olunur. Mən hələ bunu "Hannover 96"da olarkən görmüşəm. Burda yüksək temp, fiziki güc və ən əsası topla oynamağa daha çox fikir verirlər. Oyunlarda nizam-intizam ən vacib məsələdir. Müqayisə etsək, burda sürət daha çoxdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Basketbol
Bu gün, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Oxşar xəbərlər