top
Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir Sport24.az
Bu gün, 17:00
- ↺ +

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

"Bakıda 2:1 hesabı ilə məğlub olsaq da, artıq "Dinamo" ilə aramızda səviyyə fərqi ilk oyunda hiss olunurdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının direktoru Aftandil Hacıyev deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" ( Zaqreb ) klubuna qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb:

"Cavab görüşündə də bunun şahidi olduq. Söhbət təkcə hesabdan getmir. Matçın gedişində müəyyən məqamlarda rəqibin daha keyfiyyətli və üstün futbol oynadığı görünürdü. Məğlubiyyət bizi məyus etsə də, qol epizodları yarada bildik. Bəlkə də hesab 7:3 ola bilərdi. Ümumiyyətlə, uşaq futbolunda ciddi problemlərlə üzləşirik. Bunu daxili çempionatda hiss etməsək də, beynəlxalq matçlarda açıq şəkildə görürük. Komandamız ölkə çempionudur. Çempionatda çox rahat üstünlük əldə edirik. Ancaq dediyim kimi, bu üstünlüyü beynəlxalq matçlarda, xüsusilə də "Dinamo" kimi komandalara qarşı göstərmək çox çətindir. Rəqibin akademiyası dünyada seçilir".

Hacıyev aşağı yaş qrupları üzrə çempionatlara yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb:

"Belə oyunlar gənclərimiz üçün böyük təcrübədir. Bu cür qarşılaşmalar daha çox olsa, futbolçularımız özlərini inkişaf etdirə bilərlər. Aşağı yaş qrupları üzrə çempionatlara baxış və yanaşma ümumilikdə dəyişilməlidir. Əks halda, bu cür fərqi hər il hiss edəcəyik. Gec olmadan akademiyalarda uşaq futbolunun inkişafı məsələsinə hər kəs ciddi yanaşmalı və bunun üçün düzgün addımlar atmalıdır".

Qeyd edək ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Matç meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Oxşar xəbərlər