top
Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik Idman.biz
Bu gün, 13:59
- ↺ +

Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik

"Rəqibin adına və gördüyü işlərə hörmətlə yanaşırıq. Amma bizim komandamız da ötənilki turnirdən sonra daha çox təcrübə toplayıb və yaxşı heyət formalaşıb. Keçən il daha gənc futbolçularla çıxış edirdik. Bu il nəticələr istədiyimiz kimi olmasa da, oyun baxımından çox inkişaf etdiyimizi düşünürəm".

Bu sözləri "Qarabağ" Futbol Akademiyasının direktoru Aftandil Hacıyev U-19 komandasının UEFA Gənclər Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, Zaqreb təmsilçisinin akademiyasının Avropanın sayılıb-seçilən futbol məktəblərindən biri olduğunu bildirib.

"Klubun büdcəsinin formalaşmasında yetirmələrinin satışından əldə olunan gəlir mühüm rol oynayır. Mən şəxsən bu akademiyanın fəaliyyətini canlı izləmək imkanı qazanmışam. Orada kifayət qədər sistemli iş qurulub. Ölkənin istedadlı futbolçuları məhz "Dinamo Zaqreb" akademiyasına üz tuturlar", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Mütəxəssis növbəti mərhələyə yüksələcəkləri təqdirdə qarşılaşa biləcəkləri potensial rəqib barədə də danışıb:

"Qarşımıza xüsusi hədəf qoyulmayıb. Bacardığımız qədər öz oyunumuzu oynayacağıq. Çünki "Dinamo Zaqreb"dən sonra dünyanın ən güclü akademiyalarından birinə sahib olan "Benfika" ilə qarşılaşa bilərik. Belə rəqiblərlə matçlarda həm yaxşı oyun göstərmək, həm də müsbət nəticə qazanmaq çətindir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Əsas odur ki, daha cəsarətli və yaxşı oyun nümayiş etdirək, topladığımız təcrübəni nəticəyə çevirməyə çalışaq".

Aşağı yaş qruplarından ibarət komandaların beynəlxalq turnirlərdə iştirakı məsələsinə də toxunan A.Hacıyev əksər yarışların qışdan sonra, yay aylarında keçirildiyini, bəzi ölkələrdə isə qış aylarında da turnirlərin təşkil olunduğunu diqqətə çatdırıb:

"Hazırda rəhbərliklə müzakirələr aparırıq ki, bu il hansı yaş qruplarımız turnirlərdə iştirak etsin. Hələlik müzakirələr davam edir. Yaxın günlərdə bununla bağlı yeniliklər olacaq".

Xarici ölkələrdən istedadlı futbolçuların akademiyaya cəlb edilməsi barədə də danışan direktor hazırda konkret planın olmadığını, lakin müxtəlif ölkələrlə sıx əlaqələrin davam etdiyini söyləyib:

"Daim futbolçu təklifləri alırıq. İstedadlı oyunçuları nəzərdən keçirib komandamıza dəvət edirik. Bu il də iki nigeriyalı futbolçunu komandamıza cəlb etmişik. Onların bacarığı bizi qane edir. İstedadlı futbolçular olduqlarını düşünürük. Gələcəkdə də belə oyunçular aşkarlandıqca onları akademiyamıza dəvət edə bilərik".

Veteran futbolçu İtaliyanın "Udineze" və İspaniyanın "Levante" klubları ilə mümkün əməkdaşlıq məsələsinə də aydınlıq gətirib. O, bu barədə ətraflı məlumata malik olmadığını, görüşlərdə əsasən klub rəhbərliyinin iştirak etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 28-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Dinamo Zaqreb" görüşü saat 12:30-da başlayacaq. Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:38

İtaliyada futbol oyunu sonrası 8 nəfər saxlanıldı, bir azarkeş komada

Futbol
Bu gün, 14:25

İngiltərə Liqa Kubokunun 1/8 finalı start götürür: "Liverpul" - "Çelsi" odak nöqtəsində, "Arsenal" üçün sərt sınaq

Futbol
Bu gün, 14:16

"Hoffenhaym" baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi

Futbol
Bu gün, 14:13

World Winners Cup Alanya 2026

Futbol
Bu gün, 14:05

Azərbaycan Kubokunda 12 oyun start götürdü: “Zirə” “Səbail”ə, “Araz-Naxçıvan” “Şimal”a qarşı

Cüdo
Bu gün, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 13:44

Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı

Futbol
Bu gün, 13:40

Andrey Fedilchenkov Liverpool skaut şöbəsinin rəhbəri olacaq

Cüdo
Bu gün, 13:29

Hidayət Heydərov 73 kq çəki dərəcəsində qalanı qəbul etdi və Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinə bu divarda qatılacaq

Futbol
Bu gün, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır;

Futbol
Bu gün, 13:21

Arçi Braun: Bardakçıya sərt sözlər, 'Qadın kimi cırmaq atırlar'

Futbol
Bu gün, 13:14

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Futbol
Bu gün, 11:37

Mbappe-ın Çin reklam skandalı: üç şirkət əməkdaşlığı dayandırdı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Oxşar xəbərlər