top
Aftandil Hacıyev: “Bizi onların peşəkar futbola qədəm qoymaları maraqlandırır” Qarabağ FK
10 fevral 2025, 23:46
- +

Aftandil Hacıyev: “Bizi onların peşəkar futbola qədəm qoymaları maraqlandırır”

Akademiyamızın koordinatoru Aftandil Hacıyev klubumuzun rəsmi saytına müsahibə verib. O, aşağı yaş qrupları üzrə komandalarımızda görülən işlər və qarşıdakı planlar barədə danışıb:

- 2025-ci ilin ilk ayı arxada qalıb. Akademiyamızın komandaları liqalarda mövsümün ikinci hissəsinə start verib. Komandalarımızın ilin əvvəlindəki durumunu necə qiymətləndirirsiz?

- Akademiyanın komandaları hazırlığı və mövsümün ikinci hissəsində mübarizəni davam etdirirlər. Qış fasiləsinə qədər olan dövrdə əksər futbolçularımız bir yaş böyüklərdən ibarət komandalarda forma geyinirdi. Hətta yoxlama görüşlərində əsas komandaya qoşulan yetirmələrimiz də oldu. Onların inkişafı üçün addımlar atılır. Bu, dayanmadan davam etməlidir. Klub və akademiya rəhbərliyi mövsümün ikinci hissəsində də komandaların, futbolçuların, məşqçilərin inkişafı üçün lazım olan hər şeyi edəcək.

- Ümumiyyətlə, akademiyanın komandaları qış fasiləsini necə keçiriblər? Onları həlledici oyunlara tam hazır saymaq olar?

- Qış fasiləsi o qədər uzun olmadı. 10 günlük istirahətdən sonra hazırlıqlara başladıq. Komandalarımız mövsümün ikinci - həlledici hissəsində özlərini yaxşı tərəfdən göstərirlər. Futbolçuların mövsümün həlledici oyunlarına daha yaxşı hazır olması üçün əlimizdən gələni edirik, onların maariflənməsinə, formalarını yaxşılaşdırmasına çalışırıq. Ümumilikdə bütün liqalarda çempionatlın sonuna kimi yaxşı temp yığmalıyıq. Çünki həlledici məqamlarda hazır olmaq daha önəmlidir.

- Hazırda zonalar üzrə deyil, bir qrupda çıxış edən U-19, U-17, U-16 və U-15 çempionluq mübarizəsi aparır. Komandalarımızın şanslarını necə dəyərləndirirsiz?

- U-15 və U-16 mayda pley-off mərhələsində oynayacaqlar. Onların nəticələri nə qədər önəmli olsa da, inkişafları daha vacibdir. Futbolçuların növbəti mövsüm üçün daha yüksək yaş qruplarında oynamağa hazır olması çox vacibdir. Bu yaş qruplarından bir futbolçumuz artıq əsas komanda ilə hazırlıq keçir. Əsas məqsədimiz onları qısa zamanda böyük futbola çatdırmaq, istedadlarını açmaq üçün şərait yaratmaqdır. Təbii ki, mayda pley-offda nəticələr yaxşı olanda biz də sevinirik. Amma əsasən futbolçuların daha yüksək yaş qruplarına hazır olmasına fokuslanmışıq. U-17 və U-19 komandaları üçün uzun müddətdir seleksiya aparılır. Bu yaş qruplarında kənardan futbolçu cəlb etmək çox çətindir. Ona görə əlimizdə olan heyətlə nəticələrin daha yaxşı olmasına çalışırıq. Ən önəmlisi bu futbolçuları əvəzedici və əsas heyət üçün yetişdirməkdir. Artıq bir neçə futbolçumuz əsas, bəziləri əvəzedici komandanın məşqlərinə qoşulurlar. Bizi daha çox onların peşəkar futbola qədəm qoymaları maraqlandırır.

- Qarşıda komandalarımızı hansı beynəlxalq turnirlər gözləyir?

- Bir çox ölkələrdə qışa qədər turnirlər keçirilmir. Qarşıda qatıla biləcəyimiz bir sıra turnirlərlə bağlı danışıqlar aparırıq. Bu yarışların təşkilati işləri başa çatıb və təsdiq gözləyirik. Bir neçə komandamız yaya qədər beynəlxalq turnirlərdə iştirak edə bilər. Yaxın müddətdə bu komandalar və turnirlər dəqiqləşəcək. İldən-ilə qatıldığımız turnirlərin səviyyəsinin yüksəlməsi barədə düşünürük. Bu il ötən ilki ilə müqayisədə daha keyfiyyətli yarışlara qatılmağa qərar vermişik. Futbolçularımız və məşqçilərimiz bu sınaqlardan çox yaxşı təcrübə qazana bilərlər.

- Akademiyanın mövsümün ikinci hissəsi üçün planları necədir?

- Akademiyada mövsümü hissələrə bölmək deyil, sistematik iş barədə düşünürük. Bu ildən oyun üslubumuzun sistemli olması istiqamətində addımlar atmışıq. Bu, bütün yaş qrupları üzrə komandalarımızla bağlıdır. Bunu mövsümün ikinci hissəsində də davam etdirməyi planlaşdırırıq.

- Akademiya ilə bağlı hansı yeniliklər nəzərdə tutulub?

- Bütün akademiyanın indi eyni məkana – "Sərhədçi" İdman Mərkəzinə köçürülməsi planlaşdırılır. Bunun gerçəkləşməsini istəyirik ki, bütün komandalar nəzarət altında və bir yerdə olsun. Amma meydança amili var. Bir meydança ilə çox çətin olur. İkinci kiçik meydançanın istifadəmizə verilməsi müzakirə olunur. Bundan sonra akademiyanın eyni məkanda olması işimizin keyfiyyətini artıra bilər.

- Uzun illərdir Azərbaycan millisinin özəyini "Qarabağ"ın futbolçuları təşkil edir. Aşağı yaş qrupları üzrə yığmalarda vəziyyət necədir?

- "Qarabağ"ın futbolçuları milli komandanın özəyini təşkil edir. Son 2 ildə akademiyadan da kifayət qədər oyunçu yığmalara dəvət alır. Qısa müddətdə bu rəqəm təxminən ikiqat artıb. Əvvəl akademiyamız millilərə 16-18 futbolçu verirdisə, indi bu rəqəm 32-33-ə çatır. Bu, bizi sevindirir. Akademiyanın ölkə futboluna fayda verməsi önəmlidir. Onların sabit çıxışı, həm klub, həm millidə oynamağa indidən öyrəşməsi vacibdir. Buna görə də biz daim millilərin məşqçiləri ilə sıx əlaqədə oluruq və belə davam edəcəyik.

- Milli komandalardakı futbolçularımızın sayındakı artımı nə ilə izah etmək olar?

- Belə artım bu müddətdə görülən məqsədyönlü işlərin nəticəsində mümkün olub. Yaxşı seleksiya işləri aparılıb. Bütün yaş qrupları üzrə istedadlı futbolçuların akademiyamıza cəlb edilməsi üçün xeyli əməli addımlar atılıb. Bu seleksiya işləri həm Bakıda, həm regionlarda aparılıb. Yığmalardakı təmsilçilərimizin sayındakı artıma səbəb olan ikinci amil bu futbolçularla aparılan yaxşı işdir. Məşqçilər korpusu da xeyli yaxşılaşdırılıb. Artıq akademiyamızda Pro kateqoriyalı 3 məşqçi çalışır. Bu da bir akademiya üçün kifayət qədər yüksək göstəricidir. A, B və C lisenziyası olan xeyli məşqçilərimiz var. Onların işə yanaşması, futbolçularla apardığı işlər də öz müsbət təsirini göstərir. Digər amil isə şəraitin yaxşılaşdırılmasıdır. Komandalarımız beynəlxalq turnirlərə göndərilib. Bu da futbolçuların istər dünyagörüşü, istər oyun keyfiyyətlərinin artmasına təsir göstərir. Təlim-məşq bazamızda müəyyən müsbət işlər görülüb, texnologiyanı inkişaf etdirməyə çalışmışıq. Bunların hər biri dəstəkləyici amillərdir.

- Hazırda müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edən oyunçulardan nə qədərini gələcəkdə əsas millidə görə biləcəyimizi düşünürsüz?

- Sırf istedad və yanaşma baxımından bu futbolçuların hər biri A milli komandaya qədər yüksələ bilər. Bir neçə oyunçumuz da var ki, fiziki cəhətdən geri qaldıqları üçün millilərə dəvət almırlar. Amma biz onların potensialına bələdik, şübhəmiz yoxdur. Onlara bunun üçün lazım olan vaxtı vermişik və inkişaflarına təkan olmağa çalışırıq ki, bu oyunçuları milli komandalarımıza qazandıra bilək. Bundan əlavə, futbolçuların A milli komandaya qalxması üçün təkcə mənim, "Qarabağ" akademiyasının imkanları kifayət etmir. Bunun üçün həm çıxış etdikləri aşağı yaş qrupları üzrə yığmaların, həm peşəkar karyeralarını quracaqları klubların rolu olacaq. Bu klublar "Qarabağ" da, digərləri də ola bilər. Təbii ki, bu qədər futbolçunun hamısı "Qarabağ"ın əsas komandasında oynamayacaq, başqa klublarda da çıxış edəcək. Yəni bir futbolçunun əsas milliyə yüksəlməsi üçün kənar amillər də rol oynayır. Onun özü, klubu, rəqabət mühiti, ailəsi və digər amillər futbolçunun inkişafında müstəsna rola malikdir. Bunların hamısı bir yerdə toplanarsa, bu istedadlı futbolçularımızın əksəriyyətini əsas yığmada görə bilərik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
22 sentyabr 2026, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
22 sentyabr 2026, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
22 sentyabr 2026, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
22 sentyabr 2026, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
22 sentyabr 2026, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
22 sentyabr 2026, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
22 sentyabr 2026, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
22 sentyabr 2026, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
22 sentyabr 2026, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
22 sentyabr 2026, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
22 sentyabr 2026, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Oxşar xəbərlər