top
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasının səkkizinci turunu şərh etdi Idman.biz
19 oktyabr 2026, 15:28
- ↺ +

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasının səkkizinci turunu şərh etdi

"Misli Premyer Liqasının səkkizinci turu maraqlı nəticələrlə yadda qaldı. "Sabah"ın liderliyini qoruması, "Neftçi" və "Qarabağ"ın isə cəmi iki xal geri qalması çempionatda rəqabətin kifayət qədər yüksək olduğunu göstərir".

Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis Misli Premyer Liqasının səkkizinci turunun qarşılaşmalarını şərh edib.

"Hələ qarşıda çox oyunlar var və turnir cədvəlində dəyişikliklər mümkündür. "İmişli"nin "Turan Tovuz" üzərində qələbəsini xüsusi qeyd etmək lazımdır. Bu üç xal komanda üçün çox vacib idi. "Kəpəz" - "Zirə" görüşündə qeydə alınan heç-heçə də hər iki komandanın mübarizəsinin göstəricisi idi. Ümumilikdə, çempionatın gedişində komandaların sabit çıxışı və hər matça ciddi yanaşması təqdirə layiqdir. "Sumqayıt"ın hazırkı mövqeyinə baxanda komandanın daha yaxşı nəticələrə ehtiyacı olduğu görünür", - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Məşqçilər Komitəsinin qarşıdakı turlarda turnir cədvəlində dəyişikliklərin olacağını da vurğulayıb:

"Səkkiz xalla səkkizinci pillədə qərarlaşan kollektiv qarşıdakı turlarda xal ehtiyatını artırmağa çalışmalıdır. "Araz-Naxçıvan" üçün də vəziyyət asan deyil. Komanda nəticələrini yaxşılaşdırmalı və turnir cədvəlinin aşağı pillələrindən uzaqlaşmalıdır. Mövsümün bu mərhələsində komandalar arasında xal fərqi böyük deyil və ardıcıl qələbələr turnir cədvəlində vəziyyəti dəyişə bilər. Ona görə də indidən yekun nəticə barədə danışmaq tezdir".

Qeyd edək ki, hazırda 19 xallı "Sabah" turnir cədvəlinə başçılıq edir. Onların ən yaxın izləyiciləri "Neftçi" ilə "Qarabağ"ın 17 xalı var. 14 xalla dördüncü olan "Turan Tovuz" "Şamaxı"dan bir, "Zirə"dən iki, "Kəpəz"dən üç xal öndədir. "Sumqayıt" səkkiz xalla səkkizinci mövqedə qərarlaşıb. Yeddinci xalla doqquzuncu olan "İmişli" "Qəbələ"ni üç, "Şəfa"nı dörd, "Araz-Naxçıvan"ı beş xal qabaqlayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Basketbol
Bu gün, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Oxşar xəbərlər