"Qarabağ" FK futbolçu Abbas Hüseynovla yollarını ayırıb.
2017-ci ildə "Qarabağ"a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, komandamızla birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.