top
5 qollu qələbə Qarabağ FK
11 fevral 2025, 23:46
- +

5 qollu qələbə

"Qarabağ" - "Səbail" - 5:0

Yassin Benzia, 76 (pen.). Leandro Andrade, 80, 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3

"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXII tur matçında "Səbail"i qəbul edib. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk

Oyuna üstün başlayan futbolçularımız topa daha çox sahib olublar. Rəqib isə sürətli əks-hücumlar zamanı təhlükəli vəziyyətlər yaratmağa çalışıb. Birinci hissənin ortalarından etibarən nəzarət tamamilə komandamızın tərəfində olub. "Səbail" müdafiədə sıxlıq yaradaraq, qapının toxunulmazlığını qorumağı bacarıb. Komandamız bir neçə real şans əldə etsə də, xüsusən Abdullah Zubir və Aleksey Kaşuk fərqlənmək imkanını dəyərləndirə bilməyib.

Fasilədən sonra da matçda üstün olan tərəf komandamız olub. Getdikcə artan temp 76-cı dəqiqədə öz bəhrəsini verib. Leandro Andradenin qazandığı penaltini Yassin Benzia dəqiq yerinə yetirib. Leandro çox keçmədən 6 dəqiqə ərzində dubla imza atıb. Bununla cari mövsüm Premyer Liqada qollarının sayını 9-a çatdıran Andrade bombardirlər yarışında liderliyə yüksəlib.

Qış fasiləsindən sonra komandamıza qayıdan Kadi Borges isə dönüşünü 1 məhsuldar ötürmə və 1 qolla qeyd edib. O, Elvin Cəfərquliyevin cinah ötürməsini başla dəqiq tamamlayıb. Oyunda sonuncu qolun müəllifi isə Nəriman Axundzadə olub.

Beləliklə, komandamız 5:0 hesablı qələbə qazanıb və xallarının sayını 53-ə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" ölkə çempionatında növbəti oyununu fevralın 16-da səfərdə "Neftçi"yə qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
22 sentyabr 2026, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
22 sentyabr 2026, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
22 sentyabr 2026, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
22 sentyabr 2026, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
22 sentyabr 2026, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
22 sentyabr 2026, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
22 sentyabr 2026, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
22 sentyabr 2026, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
22 sentyabr 2026, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
22 sentyabr 2026, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
22 sentyabr 2026, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Oxşar xəbərlər