top
2 qollu səfər qələbəsi Qarabağ FK
03 mart 2025, 23:44
- +

2 qollu səfər qələbəsi

"Sumqayıt" - "Qarabağ" – 0:2

Kadi Borqes, 31; Leandro Andrade, 38

"Qarabağ" növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXV tur matçında "Sumqayıt"ın qonağı olub.

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 15. Leandro Andrade.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan oyunun ilk dəqiqələrindən futbolçularımız təşəbbüsü ələ alıb. Ardıcıl hücumlar quran komandamız 31-ci dəqiqədə hesabı açmağı bacarıb. Kadi Borqesin uzaq məsafədən möhtəşəm zərbəsi qarşısıalınmaz olub.

Komandamız cəmi 7 dəqiqə sonra meydan sahiblərinin qapısından ikinci qolu keçirib. Marko Yankoviçin ötürməsini bir toxunuşla dəqiq tamamlayan Leandro Andrade cari mövsüm 10-cu qolunu vurub və bombardirlər yarışında birinci pilləyə yüksəlib.

İkinci hissə də eyni ssenaridə keçib. Sona qədər matça nəzarət edən futbolçularımız bir neçə epizodda fərqi artırmaq şansını əldən veriblər. Digər tərəfdən müdafiədə səhvsiz çıxış edən komandamız meydanı 2:0 hesablı qələbə ilə tərk edib.

Çempionata liderlik edən komandamız bu qalibiyyət sayəsində xallarının sayını 60-a çatdırıb.

Qeyd edək ki, "Qarabağ" ölkə çempionatında növbəti oyununu martın 8-də səfərdə "Araz-Naxçıvan"a qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 09:34

Murov Az Terminal xorvatiyalı toppaylayıcı ilə gücləndi

Futbol
Bu gün, 09:21

Bred Pitt Neymarı ələ saldı: “Ona aktyorluq dərsi keçəcəyəm”

Futbol
Bu gün, 09:08

La Liqanın gələcək mövsümünün favoritləri: “Barselona” və “Real”ın şansı necədir?

Futbol
Bu gün, 08:40

Roberto Martines Niderland millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 08:15

Mourinyo və Kasilyas arasında mövcud olan münaqişənin təfərrüatları

Futbol
Bu gün, 07:14

Aleksis Sançes “Kleb de Fut Monreal”a transfer olunub

Futbol
Bu gün, 06:13

Lyuis Holl “Mançester Yunayted”ə keçmək istəyir

Futbol
Bu gün, 05:20

Tottenhem "Monako"ya 60 milyon avro təklif edib

Futbol
Bu gün, 04:10

„Korintians“ Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib

Futbol
Bu gün, 03:19

“Arsenal”ın müdafiəçisi “Mançester Yunayted” və “Çelsi”yə təklif olunub

Futbol
Bu gün, 02:30

Fənərbaxçaplay-off mərhələsinə yüksəldi

Futbol
Bu gün, 02:11

"Mançester Siti" "Çelsi"dən Enso Fernandesin transferi üçün 120 milyon funt sterlinq təklif edib

Futbol
Bu gün, 01:52

Ronald Arauxo: İngiltərə Premyer Liqası mənim keyfiyyətlərimə uyğundur

Futbol
Bu gün, 01:19

Makallister "Siti"yə gələ bilər

Futbol
Bu gün, 01:00

Srvena Zvezda Hapoelə məğlub olduqdan sonra baş məşqçisini qovdu

Futbol
Bu gün, 00:59

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları

Futbol
Bu gün, 00:44

NEC Neymegen tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

Futbol
Bu gün, 00:35

Fənərbağça Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

Futbol
Bu gün, 00:20

Slovan Bratislava Çempionlar Liqasında Möllbüə qalib gəlib

Minifutbol
Dünən, 23:59

Gürcülər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı

Basketbol
Dünən, 23:50

U-16 qadın milli basketbol komandası İsveçə məğlub olub

Futbol
Dünən, 23:37

Kriştianu Ronaldu və Corcina Rodriges nişanlandı - FOTO

Futbol
Dünən, 23:08

Bodo-Qlimt Çempionlar Liqasına yaxınlaşdı

Futbol
Dünən, 22:50

Sabahın baş məşqçisi hesab edir ki, komandadakı oyunçular peşəkardırlar

Oxşar xəbərlər