top
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunun açılış mərasimi Şahdağda baş tutdu Idman.biz
04 mart 2026, 09:10
- ↺ +

Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunun açılış mərasimi "Şahdağ"da baş tutdu

Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib.

İdman.Biz xəbər verir ki, açılış mərasimində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra və İsveç olmaqla124 atlet iştirak edib.

Rəsmi açılış mərasimində Azərbaycanda ilk dəfə olaraq Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının təşkilinin ölkənin idman tarixində əlamətdar hadisə olduğu bildirilib. Bu mötəbər yarışların Azərbaycanda keçirilməsinin ölkə rəhbərliyinin qış idman növlərinin inkişafına verdiyi önəmin və beynəlxalq idman ictimaiyyətinin Azərbaycana göstərdiyi yüksək etimadın bariz nümunəsi olduğu qeyd edilib.

Avropa Çempionatı və Dünya Kuboku kimi nüfuzlu yarışların Azərbaycan üçün yalnız idman hadisəsi deyil, eyni zamanda ölkənin qış turizmi potensialının, müasir dağ-xizək infrastrukturu imkanlarının və beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək bacarığının nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Çıxışlar zamanı bu formatlı yarışların keçirilməsinin ölkədə idman sahəsində yeni nəslin formalaşmasına, peşəkar idmançıların yetişməsinə və milli komandanın beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə mühüm stimul verəcəyi, həmçinin beynəlxalq federasiyalar və idman təşkilatları ilə əməkdaşlığın genişlənməsinə, gələcək birgə layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü- Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.

Martın 8-nə kimi davam edəcək yarışlarda U18 və U 20 kategoriyasında olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafed (mixed relay) fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Futbol
Bu gün, 13:00

Şahdağ Qusar məşqçisi Füzuli Məmmədov: Birliyimiz bizi çempion edəcək

Oxşar xəbərlər