top
Vladimir Litvintsev: Olimpiadaya hazırlıq, məqsədlər və şəxsi maraqlar – İDMAN.BİZ-ə MÜSAHİBƏ Idman.biz
26 sentyabr 2025, 16:30
- +

Vladimir Litvintsev: Olimpiadaya hazırlıq, məqsədlər və şəxsi maraqlar – İDMAN.BİZ-ə MÜSAHİBƏ

Vladimir Litvintsev 2026-cı ildə Milanda və Kortina-d"Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək yeganə fiqurlu konkisürən olacaq. Digər azərbaycanlı idmançılar – solist Nərgiz Süleymanova və buzüstü rəqs duetimiz Samanta Ritter–Daniil Brıkalov cütlüyü isə ISU "Skate to Milano" olimpiya təsnifat turnirində lisenziya qazana bilmədilər.

Litvintsev isə 2025-ci ilin martında ABŞ-nin Boston şəhərində keçirilən dünya çempionatında Olimpiadaya vəsiqəni təmin edib. Bu, onun üçün ilk Olimpiya təcrübəsi deyil. O, 2022-ci ildə Pekində keçirilən Oyunlarda 18-ci yeri tutmuşdu.

2018-ci ildən Azərbaycanı təmsil edən Vladimir Litvintsev hazırda Moskvada Viktoriya Butsayeva ilə birgə çalışır.

O, İdman.biz-ə müsahibəsində Olimpiadaya hazırlığından, məqsədlərindən və şəxsi maraqlarından danışıb.

– 2026-cı il Olimpiadasında Azərbaycanı yeganə fiqurlu konkisürən kimi təmsil edəcəyinizi eşidəndə nə düşündünüz?

– Hesab edirəm ki, digər azərbaycanlı idmançılar təsnifat turnirində əllərindən gələni etdilər, amma təəssüf ki, alınmadı.

– Bu təsnifat yarışını izləyə bildinizmi?

– Xeyr, çünki hazırda məşq prosesindəyəm. Amma müəyyən qədər məlumatlıyam.

– Digər azərbaycanlı idmançıların olmaması sizə əlavə məsuliyyət yükləyirmi?

– Mənim üçün fərqi yoxdur – digər idmançılar olsa da, olmasa da, hazırlığım və yanaşmam eyni olacaq.

– Olimpiadaya hazırlığınız necə gedir?

– Sakit və planlı şəkildə. Sağlamlıq baxımından da hər şey qaydasındadır. Məşqçilərimi dinləyirəm, birlikdə məqsədimizə doğru gedirik. Məqsədim iki təmiz proqram nümayiş etdirməkdir, sonrası isə necə olar, olar. Əhval-ruhiyyəm müsbətdir. Üstəlik, valideynlərim, yaxın dostlarım, məşqçilərim və digər fiqurlu konkisürənlər məni dəstəkləyirlər. Onların dəstəyi Olimpiadaya və mövsümə hazırlığımda çox önəmlidir. Hamısına minnətdaram.

– Olimpiadada hansı proqramı görəcəyik?

– Yeni proqram hazırlayırıq. Tezliklə Qazaxıstanda yarış olacaq, onu orada görə biləcəksiniz. İndi isə bu sirr qalsa yaxşıdır.

– Ən azından proqramın ab-havasını paylaşa bilərsinizmi?

– Belə deyim: sərbəst proqramım "Coker"in davamı olacaq (fiqurlu konkisürmə azarkeşlərinin sevdiyi əvvəlki proqram nəzərdə tutulur).

– Yeni proqramınızdakı ən çətin element hansıdır?

– Deyə bilmərəm. Əslində, bütün elementlər eyni zamanda həm çətindir, həm də asandır. Əsas məsələ təmiz sürməkdir.

– Bəs sevimli elementiniz hansıdır?

– Qısa və sərbəst proqramlarda addım kombinasiyalarını çox sevirəm. Ümumiyyətlə, fiqurlu konkisürmə mənim sevdiyim sahədir, başa düşürsünüz? Ona görə də təkcə bir elementi seçmək çətindir.

– Fiqurlu konkisürmədə kişilər arasında favoritiniz kimdir?

– ABŞ təmsilçisi İlya Malinini.

– Olimpiadadan əvvəl Bakıya gəlməyi planlaşdırırsınızmı?

– Yarış cədvəli hələ tam bəlli deyil, amma ümid edirəm ki, gələcəm.

– Ümumiyyətlə, Azərbaycana tez-tez gəlirsinizmi?

– Keçən il təxminən 4–5 dəfə olmuşam. İndi isə sayını dəqiq xatırlamıram.

– Bu illər ərzində Azərbaycan mədəniyyəti ilə tanış ola bilmisinizmi?

– Azərbaycan mətbəxini çox sevirəm, xüsusilə plovu və müxtəlif ət yeməklərini. Bakı çox müasir şəhərdir, gözəl yerləri çoxdur. İçərişəhərdə də olmuşam.

– Ailəniz Azərbaycanda olub?

– Hələlik mümkün olmayıb, amma yaxın gələcəkdə ümid edirəm ki, gələ biləcəklər. Mən isə əsasən sənədlərlə bağlı gəlirəm – vizalar və s. Bir müddət Bakıda məşq də etmişəm.

– Buz arenası barədə fikirləriniz necədir?

– Çox gözəl kompleksdir!

– Hazırda Bakıda ilk dəfə fiqurlu konkisürmə üzrə Qran-pri keçirilir. Sizcə, bu, ölkədə bu idmanın inkişafına təsir göstərəcəkmi?

– Əlbəttə. Qran-prinin keçirilməsi ölkə və federasiya üçün böyük uğurdur. Ümid edirəm ki, bu hadisə fiqurlu konkisürmənin Azərbaycanda populyarlaşmasına kömək edəcək.

– Yaxınlarda universiteti bitirib fiqurlu konkisürmə üzrə məşqçi diplomu almısınız. Dərsləri və məşqləri necə çatdırırsınız?

– Qiyabi oxuyurdum. Çətin idi, amma öhdəsindən gəldim.

– Gələcəkdə məşqçi olmaq planınız var?

– Vaxt göstərər.

– Fiqurlu konkisürmədən başqa hansı idman növlərinə marağınız var?

– Hokkey xoşuma gəlir, bəzən futbol da izləyirəm. Amma başqa idman növlərinin fanatı deyiləm.

– Azərbaycan idmanına marağınız varmı? Məsələn, "Qarabağ" futbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazandı…

– Çox sevindim. Azərbaycan komandası üçün böyük nailiyyətdir. Tezliklə matçın yazısını mütləq izləyəcəyəm. Bilirəm ki, Azərbaycanda güləş, karate və boks da çox inkişaf edib.

– İdmandan əlavə həyatınızda musiqi də var. Marağınız necə başladı?

– Uşaq vaxtı anam məni piano dərslərinə aparmışdı. O vaxtdan musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqi dinləməyi sevirəm, bu, idmanda da kömək edir – ritmi daha yaxşı hiss edirəm. Bu baxımdan musiqi mənim fiqurlu konkisürmədə köməkçimdir.

Bundan əlavə, çıxışlar üçün musiqi montajı ilə məşğul oluram. Hazırda öz Olimpiya proqramım üçün də bunu edirəm. Məşqçilər və idmançılar mənə bu işdə güvənirlər. Amma hazırda vaxtım çox məhduddur, buna görə də yalnız öz proqramımla məşğulam – çünki musiqi montajı çox enerji tələb edir.

– Musiqi seçimi necə olur?

– Bunu məşqçilərlə birlikdə edirik. Onlar da, mən də variantlar təklif edirik və ortaq qərara gəlirik. Bu dəfə musiqini mən təklif etmişəm. Hazırda bəzi eskizlərim var idi, hamıya xoş gəldi. Amma qeyd edim ki, musiqiyə həddən artıq dərinləşmək fikrim yoxdur – mənim üçün prioritet idmandır.

– Sevimli musiqiçiləriniz kimlərdir?

– Pleylistimdə nə varsa, hamısını dinləyirəm.

Leyla Eminova

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər