top
Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə təşkilati seminar keçirilib Report.az
21 may 2025, 22:19
- ↺ +

Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə təşkilati seminar keçirilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) aidiyyəti milli idman federasiyalarıyla (MİF) birgə təşkilatçılığıyla keçirilən təlim-məşq toplanışı (TMT) çərçivəsində maarifləndirici seminar təşkil edilib.

"Report" xəbər verir ki, Azərbaycan Atletlər Komissiyasının (AAK) da fəal iştirak etdiyi seminarın məqsədi idmançılara Olimpiya dəyərləri və "Təhlükəsiz İdman" mövzusu ilə bağlı ətraflı məlumat vermək olub.

Seminarda 6 idman növündən 70 nəfərdən artıq yeniyetmə iştirak edib. Onlara seminar zamanı təqdim olunan əyləncəli və maarifləndirici oyunlar yeniyetmələr arasında ünsiyyətin güclənməsinə və dostluq əlaqələrinin formalaşmasına xidmət edib.

Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalının (AGOF) missiya rəhbəri, BOK-un "Təhlükəsiz İdman" üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev tədbirin əvvəlində iştirakçılara AGOF və seminar haqqında ətraflı məlumat verib. O, "Təhlükəsiz İdman" mövzusunun son illərdə çox aktual olduğunu vurğulayıb və bu sahədə idmançı və məşqçilərin rolu, məsuliyyətləri barədə təqdimatla çıxış edib.

Daha sonra MOK-un əməkdaşları və AGOF-un sabiq, həmçinin hazırkı səfirləri Günay Salamova və Nərmin Kərimova iştirakçılara Olimpiya dəyərlərinin təbliği, komanda ruhunun formalaşması və "Təhlükəsiz İdman" mövzusunda praktik biliklərin artırılması məqsədilə əyləncəli və maarifləndirici oyunlar təqdim ediblər.

Tədbirdə Atletlər Komissiyasının üzvləri, tanınmış idmançılar Rafiq Hüseynov, İradə Aşumova və Fəridə Əzizova ilə yeniyetmə idmançılar arasında qrup müzakirələri aparılıb.

Sonda çıxış edən Rafiq Hüseynov və MOK əməkdaşı Mehman Kərimov ölkəmizi AGOF-da təmsil edəcək gənc idmançılara uğurlar arzulayıblar.

Toplanışın əsas məqsədi yeniyetmə idmançıların Skopye 2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə və hərtərəfli hazırlığını təmin etməkdir. MOK-un aidiyyəti milli idman federasiyaları ilə təşkil etdiyi təlim-məşq toplanışı 24 may tarixinədək davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:36

Azərbaycan I Liqası 8-ci turun məclisləri üçün hakim təyinatları açıqlanıb

Cüdo
Dünən, 23:51

Zaqrebdə cüdo üzrə qızıl medal

Digər
Dünən, 23:21

Azərbaycan klubu Avropa Kubokunda 21:32 məğlubiyyəti ilə dayandı

Digər
Dünən, 23:05

Kür klubunun Avropa Kubokundan çıxışı: Azərbaycan həndbolunun gələcəyi nədir?

Cüdo
Dünən, 22:52

Bakı Cüdo Şampionatında 35 klub iştirak edib

Futbol
Dünən, 22:36

Ayxan Abbasov: Sabah Andorra ilə oyunumuzda Emin üçün oynayacağıq

Futbol
Dünən, 22:22

Volkan Demirel Qaziantep klubunun Super Liqa baş məşqçisi oldu

Futbol
Dünən, 22:15

Emin Mahmudov: “Qələbə üçün vaxt itirməmək vacibdir”

Futbol
Dünən, 21:53

Qalatasaray Braziliyalı forvard Ricardo ilə danışıqlara başladı

Digər
Dünən, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Dünən, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Dünən, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Dünən, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Dünən, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Dünən, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Dünən, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Dünən, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Dünən, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Dünən, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Dünən, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Dünən, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Dünən, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Dünən, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Dünən, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Oxşar xəbərlər