top
Seçmə mərhələnin sürprizi - TƏQDİMAT İdman.biz
16 may 2024, 14:01
- ↺ +

Seçmə mərhələnin sürprizi - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 29 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə B qrupunun komandalarını nəzərdən keçiririk. "Ölüm qrupu"nda İspaniya, İtaliya və Xorvatiya üçün 3 xal mənbəyi sayılan Albaniya yarışa sensasiya arxasında gedir.

Sürpriz qələbə
Almaniyada sürpriz nəticələrə imza atmaq arzusunda olan Albaniya eyni uğuru seçmə mərhələdə gerçəkləşdirib. Çexiya və Polşa ilə eyni qrupda mübarizə aparan Silvinyonun komandası gözlənilmədən 1-ci yeri tutub. Öz meydanında qol buraxmayan Albaniya millisi Moldova ilə hər iki görüşdə heç-heçə etsə də rəqiblərini qabaqlayıb. Farer adaları üzərində iki qələbə də komandanın işinə yarayıb. Nəticədə Robert Levandovskili Polşa millisi seçmə mərhələdən birbaşa vəsiqə qazana bilməyərək pley-off oynamalı olub.

8 il sonra
Tarixi ərzində dünya və Avropa çempionatlarında yalnız bir dəfə final mərhələsində oynayan "Dağ qartalları" 2016-cı ildəki uğurunu 8 il sonra təkrarlayıb. Həmin vaxt turniri bir qələbə ilə qrup üçüncüsü kimi tamamlayan komanda pley-offdan kənar qalıb. Fransadakı AVRO-2016-da İsveçrə və meydan sahiblərindən alınan məğlubiyyətlər 1/8 finala vəsiqəyə imkan verməmişdi. Rumıniya üzərində qələbə isə ən yaxşı qrup üçüncüləri sırasına düşmək üçün yetərli deyildi. "Qırmızı-qaralar" bu dəfə daha uğurla çıxış etmək arzusundadır. Amma püşk onları üç güclü rəqiblə üz-üzə qoyub. Amma Avropa klublarında, xüsusilə İtaliya A seriyasında yetərincə oyunçusu olan komanda autsayder gözü ilə baxılmasının yanlış olduğunu göstərməyə çalışacaq.

Albaniya millisinin qrupdakı oyunları:
15 iyun. İtaliya - Albaniya
19 iyun. Xorvatiya - Albaniya
24 iyun. Albaniya - İspaniya

Qeyd edək ki, B qrupunun görüşləri 6 fərqli şəhərdə - Berlin, Dortmund, Hamburq, Helzenkirhen, Düsseldorf və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər