top
Rostislav Pevtsov: Olimpiya triatlonundan Ironman yarışlarına - yeni məqsədlər və motivasiya Idman.biz
03 sentyabr 2025, 15:57
- ↺ +

Rostislav Pevtsov: Olimpiya triatlonundan "Ironman" yarışlarına - yeni məqsədlər və motivasiya

Rostislav Pevtsov karyerasında yeni mərhələyə qədəm qoyub. Üç dəfə Olimpiadada iştirak edən, on il ərzində Azərbaycan bayrağı altında çıxış edən idmançı "Ironman" yarışlarında da uğurlar qazanıb. İndi triatlonçu "dəmir məsafə" üzrə dünya çempionatında iştirak etməyə hazırlaşır.

Pevtsov bu illər ərzində yadda qalan anları, yeni hədəfləri və başqa məqamları İdman.biz-ə müsahibəsində danışıb.

- Rostislav, siz artıq "Ironman" yarışlarına keçmisiniz, əvvəlcə Emilia-Romanyadakı yarışda ikinci, sonra isə Krakovda üçüncü yeri tutmusunuz. Demək, karyeranızı yenilədiniz?

- Bəli, bunu yeni bir fəsil adlandıra bilərik. Olimpiya triatlonunda uzun illərdən - üç Yay Olimpiadasında iştirak etdikdən sonra başqa formatda, yeni çağırışda özümü sınamaq istədim. "Ironman" tamamilə fərqli səviyyədə sınaqlardır və mənim üçün yeni həyəcanı hiss etmək, məşqlərdə, yarışlarda və özüm haqqında yeni şeylər kəşf etmək fürsətidir.

- Şübhəsiz, "Ironman"a hazırlıq Olimpiya triatlonu məsafələrindən çox fərqlidir. "Dəmir" yarışına yaxşı hazırlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Fərq böyükdür. Olimpiya triatlonunda çox şey sürət və intensivlik ətrafında qurulur, burada isə dözümlülük və gücün düzgün paylanması önə çıxır. "Ironman"a hazırlaşmaq üçün bir neçə ay sistematik iş tələb olunur, burada yalnız həcim deyil, düzgün bərpa, qidalanma və psixoloji hazırlıq da çox önəmlidir.

- Keçən il "Ironman" dünya çempionatında çıxış etmək hüququ qazandığınız zaman dediniz ki, yeni məqsəd və motivasiya yaranıb. Rostislav Pevtsovdan belə prestijli startda nə gözləmək olar?

- Bəli, keçən il mən Marbelada "Ironman" yarım məsafəsində dünya çempionatına vəsiqə qazandım və bu mənim üçün yeni məqsəd və motivasiya oldu. Bu məsafədə özümü tam reallaşdırmaq istəyirəm. Eyni zamanda yaxın vaxtlarda əsas hədəfim növbəti ildə tam məsafədə Havay adalarındakı dünya çempionatına vəsiqə qazanmaqdır. Bu, hər triatlonçunun arzusu olan xüsusi yarışdır və buna hazırlaşıram.

- Üç Yay Olimpiadasında ardıcıl çıxış etmək hər kəsə nəsib olmur. Olimpiadaları nə qədər xatırlayırsınız və hansı yarış daha çox yadda qalıb?

- Mənim üçün ən xüsusi Parisdəki son Olimpiada oldu. Orada çox emosional idim, çünki yanımda ailəm və böyük dəstək vardı, bu mənə xüsusi güc verdi. İçimdə bilirdim ki, bəlkə də bu, Azərbaycanın bayrağı altında son Olimpiadam olacaq. Bütün bunlar Paris-2024-ü mənim üçün unikal və unudulmaz etdi.

- Siz on il Azərbaycan bayrağı altında çıxış etdiniz, Avropa Oyunlarının bürünc medalçısı və qitənin ən yaxşı triatlonçusu titulundan üçqat Olimpiada iştirakçısına qədər irəlilədiniz. Bu illərdə ən çox nələr yadda qalıb?

- Bu, həyatımın böyük bir hissəsidir. Azərbaycan mənə inkişaf etmək, yüksək səviyyəyə çatmaq və idmançı kimi özümü reallaşdırmaq imkanı verdi. Avropa Oyunlarında bürünc medal qazanmağım karyeramın ən parlaq anlarından biridir, həmçinin Avropanın ən yaxşı triatlonçusu titulu. Bu illər, təcrübə və əlbəttə ki, işlədiyim, tanış olduğum insanlar mənim üçün çox önəmlidir.

- Olimpiya triatlonunu artıq arxada qoymusunuz, yoxsa ona qayıtmaq ehtimalını da düşünürsünüz?

- Bitdi deyib, nöqtə qoymağı sevmirəm. İndi tam məsafələrə fokuslanmışam, amma bəzən Ukrayna üçün Olimpiya məsafəsində çıxış edirəm ki, sürətimi və bu formatla əlaqəmi qoruyum. Yəni tamamilə getməyi düşünmürəm, idman həmişə sürprizlərə açıqdır.

- Gələcək üçün hansı planlarınız var, karyeranızın inkişafını necə görürsünüz?

- Əsas məqsədim uzun məsafələrdə özümü maksimum reallaşdırmaq, dünya çempionatında və "Ironman" seriyalarında nəticə göstərməkdir. Yüksək səviyyədə rəqabətqabiliyyətli olmaq mənim üçün vacibdir. Eyni zamanda məşqçi kimi də inkişaf edirəm, gənc idmançılara təcrübəmi ötürürəm. Yolum yalnız şəxsi nəticələrdən ibarət deyil, həm də triatlonun ətrafımda inkişafı üçün çalışıram.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Oxşar xəbərlər