top
Qış Olimpiadası-2026-nın açılış mərasimi: İtaliya ənənələri, texnologiyalar və idman bayramı Idman.biz
07 fevral 2026, 10:00
- ↺ +

Qış Olimpiadası-2026-nın açılış mərasimi: İtaliya ənənələri, texnologiyalar və idman bayramı

Fevralın 6-dan 7-nə keçən gecə İtaliyada Qış Olimpiya Oyunları–2026-nın açılış mərasimi keçirildi. Təntənəli açılış mərasimi İtaliya ənənələrini, müasir texnologiyaları və incəsənəti bir araya gətirdi. Bütün elementlər idman bayramı ilə təbii şəkildə birləşərək günün əsas mövzusu olan harmoniyanı təcəssüm etdirdi. Bu təntənə xüsusilə diqqət çəkici oldu, çünki onun gedişində Oyunlar tarixində ilk dəfə baş verən hadisələr yaşandı.

İtaliya Olimpiya Oyunlarını dördüncü dəfə qəbul edir (1956, 1960, 2006, 2026), onlardan üçü qış Olimpiadası olub. 1956-cı ildə Qış Olimpiya Oyunları Kortina-d"Ampeççoda keçirilmişdi – bu şəhər 2026-cı ildə də, Oyunlara ilk dəfə ev sahibliyi edən Milanla birlikdə yenidən olimpiya paytaxtına çevrildi. Yarışlarda 93 ölkədən idmançılar iştirak edir. Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunur.

Açılış mərasimi Olimpiya Oyunları tarixində ilk dəfə ölkənin bir neçə bölgəsində eyni vaxtda keçirildi. Əsas performans Milanda, "San-Siro" arenasında baş tutdu. Bu stadion ikiqat dünya çempionu, əfsanəvi italyan futbolçusunun şərəfinə "Cuzeppe Meatze stadionu" da adlandırılır. "San-Siro" "Milan" və "İnter" klublarının ev arenasıdır. 2026-cı il bu stadionun 100 illiyinə təsadüf edir.

Mərasimin başlanğıcı bütün təntənənin tonunu müəyyənləşdirdi. İlk dəqiqələrdən məşhur italyan heykəltəraşı Antonio Kanovanın əsərlərindən ilhamlanan, "canlanan" heykəllər formasında ağ-gümüşü kompozisiya stadion boyunca parıldayan işıqlarla birləşərək vahid, valehedici mənzərə yaratdı. Səhnənin mərkəzində Kanovanın ən məşhur əsərlərindən biri – "Amur və Psixeya" (1787–1793) yerləşirdi.

İlk səhnələrdən aydın oldu ki, İtaliya klassikaya, zərifliyə və estetikaya üstünlük verir, lakin parlaq və emosional italyan çaları olmadan deyil. Mərasim ölkənin zəngin mədəniyyətinə həsr olunmuş tribyutla davam etdi. Böyük opera ustalarına – Verdi, Puççini və Rossiniyə xüsusi diqqət yetirildi: onların simvolik obrazları iri baş fiqurları şəklində dəfələrlə səhnədə peyda oldu.

Şou parlaq kostyumlarda təqdim olunan rəqs nömrələri ilə rəngləndi: bəzi artistlər tablo çərçivələrinə bürünmüşdü, digərləri aşpaz geyimlərində idi, üçüncülər isə Kolizey və ya qədim Roma döyüşçülərinin obrazlarında çıxış edərək ölkənin incəsənətini, mətbəxini və memarlığını simvolizə edirdilər. Səhnənin üzərindən iri boya tubları( boya üçün nəzərdə tutulan boru formalı qablar) asılmışdı və kulminasiya anında onlar rəng "axıdaraq" vizual effekti daha da gücləndirdi.

Daha rəsmi hissəyə keçid ABŞ-li müğənni Meraya Kerinin çıxışı ilə baş verdi. O, italyan dilində "Volare" mahnısını, həmçinin özünün "Nothing Is Impossible" bəstəsini ifa etdi.

Daha sonra səhnədə yaşıl, ağ və qırmızı rəngli kostyumlarda addımlayan modellərdən formalaşan İtaliya trikoloru göründü. Kostyumlar 2025-ci ilin sentyabrında vəfat etmiş əfsanəvi dizayner Corcio Armaniyə məxsus idi. Stadion bir anda podiuma çevrildi və İtaliyanın moda dünyasına verdiyi töhfəni bir daha xatırlatdı.

Milan və Kortina-d"Ampeççoda İtaliya bayrağı qaldırıldı. Olimpiya Oyunları tarixində ilk dəfə olaraq himnin ifasını tamamilə qadınlardan ibarət bayraq qrupu açdı. "San-Siro" stadionunda himni çoxsaylı "Qremmi" mükafatının laureatı Laura Pausini səsləndirdi.

Aktyor Pierfrançesko Favino tərəfindən Cakomo Leopardinin məşhur "L'infinito" şeiri səsləndirildikdən sonra səhnədə Olimpiya halqaları peyda oldu. Bununla da İtaliyanın bir neçə şəhərində eyni vaxtda keçirilən millətlərin paradı başladı. Ənənəyə uyğun olaraq yürüşü Olimpiya Oyunlarının vətəni olan Yunanıstan açdı. Milan şəhərində Azərbaycan bayrağını Litvintsev, Kortinada isə Papatoma daşıdı. Yürüş simvolik şəkildə başa çatdı: sondan əvvəl gələcək Qış Olimpiya Oyunlarının ev sahibi Fransa yığması, son olaraq isə İtaliya komandası meydana çıxdı.

Şou-proqram rəqs performansı və "Ağ lotus" serialının ulduzu, italyan aktrisası Sabrina Impaççatorenin onilliklər üzrə "səyahəti" ilə davam etdi. Ardınca aktrisa Brenda Lodicianinin italyanların həyatında jestlərin roluna həsr olunmuş sözsüz çıxışı təqdim edildi.

Çıxışlarla Oyunların Təşkilat Komitəsinin rəhbəri Covanni Malaqo, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri çıxış etdilər. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella isə Olimpiadanı rəsmi olaraq açıq elan etdi.

Axşamın kulminasiyası mərasimin əsas ulduzu – italyan opera müğənnisi Andrea Boçellinin çıxışı oldu. O, 2006-cı ildə Turində keçirilən Oyunlarda, əksinə, yarışların bağlanış mərasimində iştirak etmişdi. Bu dəfə isə Cakomo Puççininin "Turandot" operasından "Nessun Dorma" ariyasını ifa etdi.

Mərasimin mühüm mövzularından biri sülh idi. Reper Qali, sülh göyərçini formasında düzülən rəqqaslarla birlikdə birliyə çağırış etdi. Narrativi aktrisa Şarliz Teron davam etdirərək vurğuladı: "Sülh sadəcə münaqişələrin olmaması deyil; sülh – irqindən, dəri rəngindən, dini etiqadından, cinsindən, sinfindən, kastasından və ya digər sosial əlamətlərindən asılı olmayaraq hamının inkişaf edə biləcəyi mühitin yaradılmasıdır".

Olimpiya bayrağı Milan və Kortina-d"Ampeççoda qaldırıldı. Mərasimin sonunda çinli pianoçu Lan Lan və italyan opera müğənnisi Çeçiliya Bartoli Olimpiya himnini ifa etdilər.

Final hissə Günəş sisteminə həsr olunmuş teatrlaşdırılmış təqdimat oldu. Bu səhnədə ilk italyan qadın-kosmonavt Samanta Kristoforetti də iştirak etdi.

Olimpiya məşəlinin estafeti yekunlaşdı: idmançılar Leonardo da Vinçinin eskizlərindən ilhamlanan iki Olimpiya məşəlini – birini Milanda, digərini isə Kortina-d"Ampeççoda yandırdılar. Olimpiya Oyunları tarixində ilk dəfə olaraq eyni vaxtda iki məşəl alovlandırıldı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Oxşar xəbərlər