top
Prezident İlham Əliyevin doğum günüdür Idman.biz
24 dekabr 2025, 00:01
- ↺ +

Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

İdman.Biz xəbər verir ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

İlham Əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib.

2003-cü ildə Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib, oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

2018-ci il aprelin 11-də keçirilən dövlət başçısı seçkiləri də İlham Əliyevin qələbəsi ilə başa çatıb.

2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 92,12 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir, üç övladı var.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

İdman.Biz cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edir, dövlət başçısına uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:53

Qalatasaray Braziliyalı forvard Ricardo ilə danışıqlara başladı

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Oxşar xəbərlər