top
Olimpiadanın problemləri Kubertenin ruhu fransız komediyasında İdman.biz
10 may 2024, 09:31
- ↺ +

Olimpiadanın problemləri "Kubertenin ruhu" fransız komediyasında

İstedadlı rejissor Ceremi Senanın "Kubertenin ruhu" adlı yeni komediyası "Tik-Tok"un qalibiyyəti dövründə Olimpiya reallıqları haqqında cəsarətli bir özünüifadədir.

İdman.biz sport-express.ru-ya istinadən Olimpiya Oyunlarına həsr olunmuş filmdən bəhs edir.

"Kubertenin ruhu" parodiyası Oyunların mümkün olan ən pis süjetini təqdim edir və burada Olimpizmin bütün məlum problemləri şişirdilir. Eyni zamanda, rejissorun gülüş obyektinə çevirdiyi situasiyalar havadan götürülmür ki, bu da insanı düşündürür...

27 yaşlı Pol Boske gözlənilmədən Fransa komandasının ev Olimpiadasında əsas ümidinə çevrilir. O, basketbolçu, voleybolçu və ya futbolçu deyil. Qaçmır, boksla məşğul olmur, hətta üzmür. Boske daha populyar idman növlərinin kölgəsində qalan atıcılıqla məşğuldur. Amma bu dəfə yox. Sena sahillərində təntənəli açılışdan 10 gün sonra ev sahiblərinin heç bir medalı yoxdur. Öz növündə finala yüksələn Boske lənəti dəf etmək üçün bəlkə də son şansa çevrilir. Amma nə lənət...

Məsələ burasındadır ki, fransalı idmançıları yarışlardan çox Olimpiya kəndindəki əyləncələr maraqlandırırdı. İdmançıları həqiqətən içki və məsuliyyətsiz əlaqələr maraqlandırırdı, nəticələr deyil. Bu, "Kubertenin ruhu" filminin süjetidir.

Sena reallıqda mümkün olmayan bir sıra anlaşılmazlıqlar və komik vəziyyətlər vasitəsilə Oyunların təşkilinə və müasir cəmiyyətə istehza edir. Film tamamilə absurd və cəfəngiyatdır. Burada nə qəhrəmanlığın təntənəsi var, nə də xoşbəxt sonluq ənənəsi. Film idmanın kinoda əksinə qeyri-ənənəvi yanaşma ilə seçilməyə çalışır və 2000-ci illərin parlaq komediyaları ruhunda satiraya söykənir. Kobud və siyasi yumor həddində olan zarafatlar adamı təəccübləndirir ki, film necə geniş prokata çıxıb, çünki filmdə zərrə qədər də tolerantlıq yoxdur.

Absurdluğun arxasında Olimpizm problemlərinə diqqəti cəlb etmək cəhdi dayanır.

Bununla belə, fransız kinosu həmişə Amerika Hollivudundan fərqlənib. Kinorejissorlar heç bir orijinallığa nail olmağı qarşılarına məqsəd qoymayıblar. İdman həvəskarları filmin hədəf auditoriyası deyil. Sena Olimpizmin çirkin tərəfini ifşa edir. Olimpiya Hərəkatının hara getdiyi və Fransa cəmiyyətinin bu miqyaslı hadisəni qarşılamağa nə dərəcədə hazır olduğu barədə düşünməyə çağırır.

Böyük ekranlarda çərşənbə günü təqdim olunan film daha əvvəl festivallarda debüt edib. Bu janrda film üçün gözlənilməz olan odur ki, kino tənqidçilərinin rəyləri əsasən müsbətdir. Ekspertlər rejissorun hekayəsini belə dəyərləndirilər: "Film çox axmaq və sadəlövhdür, lakin bu axmaqlığın arxasında üzə çıxarılmalı olan mühüm bir mövzu var".

Hətta "L'Equipe" idman qəzeti də filmə müsbət reaksiya verib. Senanın işini izləyən jurnalistlər əsas personajların - Benjamin Vuazen və Emmanuel Berkotun ifasını qeyd ediblər: öz rollarında əla işləyiblər və stereotip olsa da, yaddaqalan obrazlar nümayiş etdiriblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Futbol
Bu gün, 01:49

Mbappə zədədən sonra Fransa milli komandası məşqlərinə geri döndü

Futbol
Bu gün, 01:42

Niderland 7-0 Yunanıstanı məğlub etdi, Almaniya Serbiya ilə 3-1 qazandı – Qırmızı vərəqələr

Qarabağ FK
Bu gün, 01:06

Qarabağın futbolçusu Bruno Lanqa 90 dəqiqə oynadı, Mozambik evdə 1:0 məğlubiyyətə uğradı

Futbol
Bu gün, 00:41

İspaniya 2030 Dünya Çempionatı finalını ölkədə saxlamaq istəyir

Futbol
Bu gün, 00:16

Bernardu Silva Kriştianu Ronaldunun milli komandadakı son dönəmi və kapitanlıq məsuliyyəti haqqında danışdı

Digər
Dünən, 23:42

Azarkeşlərin etirazı nəticəsində "Borussiya Dortmund" "Rheinmetall" ilə sponsorluq müqaviləsini uzatmamaq qərarına gəlib

Futbol
Dünən, 23:31

Makron Arsen Vengerin FIFA prezidentliyinə dəstək verir

Basketbol
Dünən, 23:24

"Sabah"ın Cerri Bleyks FIBA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:14

Denzel Dumfris Real Madrid‑də əsas heyətdəki yerini itirdi

Futbol
Dünən, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Dünən, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Dünən, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Oxşar xəbərlər