Azərbaycanın şose velosipedçisi Nihad Xudoyev Seneqalın paytaxtı Dakarda keçirilən yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında növbəti yarışına qatılacaq.
İdman.Biz xəbər verir ki, təmsilçimiz noyabrın 10-da fərdi ötüşmə növündə qüvvəsini sınayacaq. Yarış Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
Xatırladaq ki, Xudoyev daha əvvəl 76,5 km məsafəyə qrup yarışında iştirak edib. Velosipedçimiz finişə çata bilməyərək mübarizəni vaxtından əvvəl başa vurub.