top
MOK İcraiyyə Komitəsinin İclasında Bakı-2015, Süni İntellekt, Olimpiya Günü və EYOF-2025 Məsələləri Müzakirə Edilib Report.az
12 iyun 2025, 15:40
- ↺ +

MOK İcraiyyə Komitəsinin İclasında "Bakı-2015", "Süni İntellekt", Olimpiya Günü və EYOF-2025 Məsələləri Müzakirə Edilib

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib.

"Report" xəbər verir ki, MOK-un inzibati binasında baş tutan toplantıda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iştirakçılarını gündəliklə tanış edib.

Gündəliyə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş "Süni intellekt (AI) və idmanda innovasiya" müsabiqəsi, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalı, Olimpiya Günü ilə bağlı və cari məsələlər daxil edilib.

Çingiz Hüseynzadə Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyindən danışıb:

"10 il əvvəl bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə bu məsuliyyəti öz üzərinə götürərək, I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. I Avropa Oyunlarını nümunəvi təşkil etməklə beynəlxalq qurumların etimadını qazandıq. Sübut etdik ki, Azərbaycan istənilən mötəbər idman tədbirinin keçirilməsi üçün ən etibarlı tərəfdaşdır. "Süni intellekt (AI) və idmanda innovasiya" dünyada ilk dəfədir ki, təşkil olunur".

Müsabiqədə iştirak üçün yaşı 18-dən yuxarı olan hər bir şəxsin müraciət etmək imkanı olduğunu qeyd edən Çingiz Hüseynzadə münsiflər heyətinin də müəyyənləşdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, münsiflər heyətinə Avropa və Türkiyə Olimpiya Komitəsindən, eləcə də ölkəmizdən nümayəndələr daxil edilib. Münsiflər heyətinə İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas, Türkiyə Milli Olimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə direktoru Volkan Öner, I Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva, qızıl mükafatçısı Rəsul Çunayev və MOK-un nümayəndəsi Mehman Kərimov daxildir.

İcariyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə Olimpiya Günü ilə bağlı danışarkən qeyd edib, ki, iyunun 23-də Milli Olimpiya Komitəsində bununla bağlı tədbir təşkil olunacaq.

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov Bakı-2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr edilmiş "Süni intellekt (AI) və idmanda innovasiya müsabiqəsi"nin təqdimatı ilə bağlı çıxış edib. I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə qalibi Rəsul Çunayev və oyunların ulduz səfiri Tünzalə Ağayeva Bakı-2015 Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər.

İclasda həmçinin Skopye-2025 EYOF-un missiya rəhbəri Vaqif Əliyev çıxış edərək İcraiyyə Komitəsinin üzvlərinə Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla bağlı məlumat verib.

Foto: Samirə Həsənova

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:36

Azərbaycan I Liqası 8-ci turun məclisləri üçün hakim təyinatları açıqlanıb

Cüdo
Dünən, 23:51

Zaqrebdə cüdo üzrə qızıl medal

Digər
Dünən, 23:21

Azərbaycan klubu Avropa Kubokunda 21:32 məğlubiyyəti ilə dayandı

Digər
Dünən, 23:05

Kür klubunun Avropa Kubokundan çıxışı: Azərbaycan həndbolunun gələcəyi nədir?

Cüdo
Dünən, 22:52

Bakı Cüdo Şampionatında 35 klub iştirak edib

Futbol
Dünən, 22:36

Ayxan Abbasov: Sabah Andorra ilə oyunumuzda Emin üçün oynayacağıq

Futbol
Dünən, 22:22

Volkan Demirel Qaziantep klubunun Super Liqa baş məşqçisi oldu

Futbol
Dünən, 22:15

Emin Mahmudov: “Qələbə üçün vaxt itirməmək vacibdir”

Futbol
Dünən, 21:53

Qalatasaray Braziliyalı forvard Ricardo ilə danışıqlara başladı

Digər
Dünən, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Dünən, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Dünən, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Dünən, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Dünən, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Dünən, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Dünən, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Dünən, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Dünən, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Dünən, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Dünən, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Dünən, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Dünən, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Dünən, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Dünən, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Oxşar xəbərlər