top
İstanbul-2027 Avropa Oyunlarının proqramı təsdiqləndi: 26 idman növü daxildir Idman.biz
29 mart 2026, 10:14
- ↺ +

İstanbul-2027 Avropa Oyunlarının proqramı təsdiqləndi: 26 idman növü daxildir

İstanbulda keçiriləcək dördüncü Avropa Oyunlarının proqramı təsdiqlənib. Proqrama 26 idman növü daxil edilib ki, onlardan bəziləri üçün bu multiforum Los-Anceles Olimpiadasına mühüm seçim mərhələsi olacaq.

İdman.Biz xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsi "İstanbul-2027" Təşkilat Komitəsi, həmçinin beynəlxalq və qitə federasiyaları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış yarışların idman proqramını müəyyənləşdirib. 26 idman növündən 22-si 2028-ci il Yay Olimpiya Oyunlarının proqramına uyğundur.

Bu mənada Avropa Oyunları dördilliyin əsas startına idmançıların seçimi üçün mühüm meydança olacaq - həm birbaşa lisenziyalar, həm də olimpiya reytinqlərində xallar oynanılacaq. İdman növlərinin yekun daxil edilməsi müvafiq federasiyalarla müqavilələrin imzalanmasından asılıdır.

İstanbuldakı Avropa Oyunlarının proqramında akademik avarçəkmə (sahil sprinti), ağır atletika və skvoş debüt edəcək. Sonuncu növ həm də ilk dəfə Olimpiadada yer alacaq. Bununla yanaşı, Krakov-2023 Oyunlarında iştirak etmədikdən sonra gimnastika, voleybol və güləş proqrama geri qayıdır.

EOC-un Əlaqələndirmə Komissiyasının sədri Mihay Kovaliu qeyd edib ki, "İstanbul-2027" Los-Anceles Olimpiadasına gedən yolda mühüm mərhələ olacaq:

"26 idman növü və geniş təsnifat imkanları sayəsində Oyunlar avropalı idmançılara çıxış etmək və seçilmək üçün yüksək səviyyəli platforma təqdim edəcək".

"İstanbul-2027" Təşkilat Komitəsinin baş direktoru Veli Ozan Çakır əlavə edib ki, İstanbuldakı Avropa Oyunları qitədəki idmanın gücünü və müxtəlifliyini nümayiş etdirəcək:

"Biz həm idman ustalığını, həm də şəhərimizin vizyonunu əks etdirən proqram hazırlamışıq".

Beləliklə, Avropa Oyunlarının proqramına 3x3 basketbol, su idman növləri, oxatma, yüngül atletika (komandalar arası Avropa çempionatı), badminton, boks, baydarka və kanoe (sprint), qılıncoynatma, gimnastika, cüdo, karate, kikboksing, müasir beşnövçülük, muay-tay, padel, avarçəkmə (çimərlik sprinti), reqbi-7, güllə atıcılığı, qayayadırmanma, skvoş, stolüstü tennis, taekvondo, triatlon, voleybol, ağır atletika, güləş daxil edilib.

Multiforumun cədvəlinə gəlincə, açılış mərasimi iyunun 16-na planlaşdırılıb, bağlanış isə iyunun 27-də baş tutacaq.

İndi növbə müxtəlif idman növləri üzrə Avropa federasiyaları ilə EOC və Təşkilat Komitəsi arasında müqavilələrin imzalanmasındadır. Gələcəkdə daha ətraflı proqram dərc olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Futbol
Bu gün, 13:00

Şahdağ Qusar məşqçisi Füzuli Məmmədov: Birliyimiz bizi çempion edəcək

Futbol
Bu gün, 12:45

Portuqaliya Millisi Danimarkaya 1:4 məğlubiyyətdən sonra üç əsas futbolçusunu itirdi

Oxşar xəbərlər