top
III MDB Oyunları: Bu gün müxtəlif şəhərlərdə 9 idman növü üzrə yarışlar keçiriləcək Report.az
03 oktyabr 2025, 08:00
- ↺ +

III MDB Oyunları: Bu gün müxtəlif şəhərlərdə 9 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

"Report"un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, Qəbələ şəhər stadionunda 3-4 və 5-6-cı yerlər uğrunda oyunlar təşkil olunacaq.

Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.

Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları davam edəcək.

Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80 və +80 kq çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri olacaq.

Şəki Olimpiya İdman Kompleksində azarkeşlər qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsini izləyəcək.

Gəncə İdman Sarayında qılıncoynadanların mübarizəsi davam edəcək.

Eyni məkanda azarkeşlər növbəti voleybol görüşlərinə şahidlik edəcək. A qrupunda Qırğızıstan və Rusiya üz-üzə gələcək. Azərbaycan yığması isə Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.

Gəncədə həmçinin 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq çəki dərəcələrində güləşçilərin də mübarizəsi davam edəcək.

Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində 50, 55, 60, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilərin yarışları baş tutacaq.

Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları baş tutacaq.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

III MDB Oyunları Yevlax Olimpiya İdman Kompleksi Gəncə İdman Sarayı Qəbələ Olimpiya İdman Kompleksi Şəki Olimpiya İdman Kompleksi Xankəndi şəhər stadionu Qəbələ şəhər stadionu boks Futbol badminton güləş qılıncoynatma Gimnastika
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər