top
İdman, biz və Olimpiada: Salam, Zevs - TƏHLİL İdman.biz
10 may 2024, 12:37
- +

İdman, biz və Olimpiada: Salam, Zevs - TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 77 gün qalıb.

İdman.biz 11 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırlayırıq. Debütü 1996-cı ildə Atlantada rəsmiləşən Azərbaycan millisi üçüncü cəhdini Afinada gerçəkləşdirib.

Olimpiada vətənə qayıtdı
1996-cı ildə müasir Olimpiadaların 100 illik yubileyində Oyunlara ev sahibliyi etmək istəyi baş tutmayan Afinanın arzusu sonra gerçəkləşib. 8 il sonra təşkil olunan 3-cü minilliyin, 21-ci əsrin ilk Yay Olimpiya Oyunları yarışın tarixi vətəninə qayıdıb. Zevs yurdundakı milti-idman tədbirinə artıq 201 ölkə qatılıb. Avqustun 13-dən 29-dək olan 17 gün ərzində 301 dəst medalın sahibi müəyyənləşib.

Yeni minilliyə yeni rekordlar və növlərlə
Azərbaycan millisinin olimpiyaçılarının sayı bu dəfə də artıb. Dörd il əvvəl 31 atletlə Sidneyə yollanan yığmamızda bu dəfə 38 idmançı yer alıb. Onlardan 32-si kişi, 6-sı qadın olub. Təmsil olunduğumuz idman növlərinin sayı ilk dəfə 10-a çatıb. Millimiz Afinada bədii gimnastika və taekvondo yarışlarında debüt edib. Həmin vaxtdan bu iki növdəki idmançılarımız Olimpiadaların daimi iştirakçısına çevrilib. Qılıncoynatma 4 ildən sonra təmsil olunduğumuz növlər sırasına qoşulub.

Bakıdan Afinaya bilet olmadı
Azərbaycanın komanda idman növlərində Olimpiadada debütü Afinada gerçəkləşə bilərdi. Qadınlardan ibarət voleybol millimiz bunun üçün real imkan qazanıb. Həmin vaxt nəinki Avropa, bütün dünyada öz gücü ilə seçilən yığmamız möhtəşəm, bəlkə də tarixinin ən güclü heyətinə malik idi. Yelena Şabovtalı, Alla Həsənovalı milli Faiq Qarayevin rəhbərliyi altında təsnifat turnirini də Bakıda keçirib. Doğma divarlar arasında komandaya ümidlər və inam böyük idi. Amma komandamız Bakıdan Afinaya bilet əldə edə bilməyib.

Suya düşdü
İlk iki Olimpiadada təmsil olunduğumuz suyatullanmada Afinaya idmançımız yollanmayıb. Bu idman növü elə yığmamız üçün ötən minillikdə qalıb. Sonrakı Oyunlarda da suya tullananlarımız olmayıb. Bir sözlə, suyatullanma sanki suya düşüb.

Bayraqdarın üzüntüsü, say fərqinin sirri
Afinaya 38 idmançımız yollansa da, onlardan yalnız 36-sı mübarizəyə qoşulub. Sərbəst güləşçi Arif Abdullayev xəstələndiyi, atletimiz Sergey Boçkov zədələndiyi üçün yarışa qatıla bilməyib. Elə bu üzdəndir ki, Azərbaycanın Afina-2004-dəki təmsilçi sayı müxtəlif mənbələrdə həm 38, həm 37, həm 36 kimi göstərilir.
Yunanıstana böyük ümidlərlə yollanan bayraqdarımız Nizami Paşayevin çıxışı acınacaqlı alınıb. Ağırlıqqaldıranımız sifariş etdiyi ilk çəkinin öhdəsindən gələ bilmədiyi üçün yarışı sıralamadan kənarda başa vurub.

Yığmamıza "5": Yenə eyni növlərdə
Millimiz medal sayında dörd il əvvəlki rekordunu yeniləyib. Komandamız bu dəfə 5 dəfə fəxri kürsüdə təmsil olunub. Amma bu dəfə yalnız bir qızıl əldə edilibsə, digər mükafatların əyarı bürünc olub. Dörd il əvvəlki kimi yenə medallar eyni növlərdə - güləş, atıcılıq və boksda əldə edilib. Nəticədə komandamız medal sıralamasında Ellada torpağından 50-ci yerdə dönüb.

Ənənəyə davam: "Klassik" "siftə"
Hər Olimpiadada medal qazandığımız yeganə idman növü olan güləş Afinada da azarkeşləri sevindirib. Əvvəlki Olimpiadalarda olduğu kimi bu dəfə də pəhləvanların qazancı bir medal olub. Amma bu qızıl əyarlı mükafat Ellada torpağındakı ən böyük uğur kimi yadda qalıb. Əvvəlki iki yarışdan fərqli, bu dəfə sərbəst deyil, yunan-Roma güləşçimiz fərqlənib. Fərid Mansurov bütün rəqiblərinə qalib gələrək "klassiklər"in Olimpiya "siftə"sini reallaşdırıb. Digər güləşçilərimizdən Rüstəm Ağayev medalın bir addımlığında qalıb. Ardıcıl iki Olimpiadadan mükafatla qayıdan Namiq Abdullayevin üçüncü cəhdi uğursuzluqla nəticələnib.

"Bir gülləyə iki dovşan"
Atıcılarımız "bir güllə ilə iki dovşan" vurmasa da, bir Olimpiadada iki medal qazanıb. Hər iki mükafat da bürünc olub. Zemfira Meftahətdinova ardıcıl iki Olimpiya Oyunlarında medal qazanan ikinci idmançımız kimi tarixə düşüb. Stend atıcımız dörd il əvvəlki qızılı bürüncə dəyişib. Afinada İradə Aşumovanın iki növdən birində qazandığı bürünc də tarixə düşüb. O, digər növdə də final mərhələsinə yüksəlməyi bacarsa da, 8-ci yerlə kifayətlənib. Bu, idmançılarımızın stenddə yox, güllə atıcılığında ilk medalı olub.

Güləşi üstələyən tapılıb
Atıcılar kimi boksçular da medallarının sayını artırıb. Sidneydə bir bürünclə kifayətlənən yığmamız bu dəfə eyni əyara malik iki mükafat qazanıb. Bu dəfə Fuad Aslanovla Ağası Məmmədov fərqləniblər. Üç boksçumuz isə 1/4 finalda, medalın bir addımlığında qalıb. Dörd il əvvəl 3-cü olan Vüqar Ələkbərovu ardıcıl ikinci bürüncdən bir qələbə ayırıb. Rövşən Hüseynovla Ruslan Xairov da eyni mərhələdə büdrəyiblər. Amma boks yığmamız Afinada başqa ilkə imza atıb. Yunanıstana 9 nəfərlik heyətlə yollanan millimiz say baxımından güləş yığmamızı üstələyən ilk komanda olub. Belə hadisə bir də Tokio-2020-də yaşanıb. Yaponiyada Olimpiya millimizdə cüdoçular üstünlük təşkil edib.

Tilsimi qıra bilməyənlər
Afinada təmsil olunduğumuz 10 növdən üçündə medal qazanan Azərbaycan yığması dördündə "siftə" etməyə yaxın olub. Rəşad Əhmədov taekvondo millimizin Olimpiya debütünü bürünc çalarlara boyamağın bir addımlığında qalıb. O, Afinanı 4-cü yerlə tərk edib. Yelana Jemayeva qılıncoynatmada 7-ci yerlə kifayətlənib. Cüdoçularımız medalsızlıq tilsimini qırmağa iki cəhd ediblər. Mehman Əzizov və Mövlud Mirəliyev bürünc uğrunda qarşılaşmada uduzmaqla vətənə əliboş qayıdıblar. 4-cü yeri tutan Turan Mirzəyev və yarışı 7-ci pillədə başa vuran Alan Naniyevi Afina medalından çox az çəki ayırıb. Bir neçə il sonra mükafatçılardan birinin dopinqdə ilişməsi Naniyevi 6-cı yerə də daşıyıb.

N

İdmançı

Növ

Yer

1

Ağası Məmmədov

Boks, 54 kq

3

2

Alan Naniyev

Ağırlıqqaldırma, 105 kq

7 (sonradan 6-cı)

3

Anna Qurbanova

Bədii gimnastika

14

4

Arif Abdullayev

Sərbəst güləş, 60 kq

Xəstə olduğu üçün xalçaya çıxmayıb

5

Asif Məlikov

Ağırlıqqaldırma, 62 kq

12

6

Cavid Tağıyev

Boks, 75

9

7

Ceyhun Abıyev

Boks, 48 kq

9

8

Dadaş İbrahimov

Atletika, 200 m

7 (təsnifat mərhələsi)

9

Elçin İsmayılov

Cüdo, 66 kq

İlk döyüşdə uduzub

10

Elman Əsgərov

Sərbəst güləş, 66 kq

12

11

Elnur Aslanov

Sərbəst güləş, 74 kq

15

12

Əli İsmayılov

Boks, 81 kq

9

13

Əlibəy Səmədov

Ağırlıqqaldırma, 94 kq

15

14

Əlibəy Şükürov

Atletika, 800 m

7 (təsnifat mərhələsi)

15

Fərid Mansurov

Yunan-Roma güləşi, 66 kq

1

16

Fuad Aslanov

Boks, 51 kq

3

17

İradə Aşumova

Atıcılıq (güllə)

25 m

10 m

3

8

18

Marina Lapina

Atletika, çəkicatma

46

19

Mehman Əzizov

Cüdo, 81 kq

5

20

Mövlud Mirəliyev

Cüdo, 100 kq

5

21

Namiq Abdullayev

Sərbəst güləş, 55 kq

14

22

Natalya Filina

Üzgüçülük, brass, 100 m

44

23

Niyaməddin Paşayev

Taekvondo, 68 kq

11

24

Nizami Paşayev

Ağırlıqqaldırma, 94 kq

Çıxışını başa vura bilməyib

25

Rəşad Əhmədov

Taekvondo, 80 kq

4

26

Rövşən Hüseynov

Boks, 60 kq

5

27

Ruslan Xairov

Boks, 69 kq

5

28

Rüstəm Ağayev

Sərbəst güləş, 96 kq

5

29

Sergey Boçkov

Atletika, üçtəkanla tullanma

Zədə səbəbindən start xəttinə çıxmayıb

30

Sergey Dyaçkov

Üzgüçülük, sərbəst, 100 m

67

31

Şahin İmranov

Boks, 57 kq

9

32

Teymur Qasımov

Atletika, 100 m

8 (təsnifat mərhələsi)

33

Turan Mirzəyev

Ağırlıqqaldırma, 69 kq

4

34

Vitali Rəhimov

Yunan-Roma güləşi, 60 kq

14

35

Vüqar Aslanov

Yunan-Roma güləşi, 74 kq

17

36

Vüqar Ələkbərov

Boks, 91 kq

5

37

Yelena Jemayeva

Qılıncoynatma, sablya

7

38

Zemfira Meftahətdinova

Atıcılıq (stend)

3

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 10:19

Mərakeşli hücumçu Messini keçib

Futbol
Bu gün, 10:15

“Qarabağ” ikinci qapıçı ilə də vidalaşıb

Futbol
Bu gün, 10:00

"Bavariya"nın yeni baş məşqçisinin adı açıqlanıb

Futbol
Bu gün, 09:48

“Olimpiakos”un “Sabah” və “Sumqayıt”la yolları ayrıldı: İki yeni rəqib

Şahmat
Bu gün, 09:43

Məhəmməd Muradlı ilk pilləyə yüksəlib

Digər
Bu gün, 09:41

Azərbaycan İdman Akademiyasında “Məzun Günü” coşqusu - FOTO

Futbol
Bu gün, 09:26

Yeni mövsümdə elita və I Liqada oyun idarə edəcək hakimlərin siyahısı müəyyənləşib

Futbol
Bu gün, 09:24

Cəzaçəkmə və tərbiyə müəssisələrində futbol dərsləri

Digər
Bu gün, 09:11

Lunyov 17-ci olub

Futbol
Bu gün, 08:49

Son 22 ildə ilk dəfə

Futbol
Bu gün, 02:08

Konfrans Liqasında mövsümün qalibi bəlli olub

Digər
Bu gün, 01:43

"Olimpiakos" ilk dəfə kubok qazandı

Futbol
Bu gün, 01:41

“Olimpiakos”un ilk Avropa titulu

Futbol
Bu gün, 01:34

“Olimpiakos” 116-cı dəqiqədə hesabı açıb - CANLI

Digər
Bu gün, 00:57

Dünya çempionatının püşkü atılıb

Futbol
Bu gün, 00:56

“Fiorentina” - “Olimpiakos”: qalib əlavə vaxtda bəlli olacaq - CANLI

Şahmat
Bu gün, 00:21

Məhəmməd Muradlı Dubayda vahid lider olub

Futbol
Bu gün, 00:16

FİNAL: “Fiorentina” “Olimpiakos”la üz-üzə - CANLI

Digər
Dünən, 23:35

“Dünyanın ən seksual futbolçusu”nun topla hərəkətləri - “Bu videoda heç kim topa baxmır”

Futbol
Dünən, 23:12

Qazaxıstanda qeyri-adi qərar: Qol oyun bitdikdən sonra ləğv olunub - VİDEO

Digər
Dünən, 22:09

Azərbaycan kubokunda final günü

Futbol
Dünən, 21:34

2024/25-ci illər mövsümünün hakim siyahısı açıqlanıb

Futbol
Dünən, 21:19

“Daejon” Antonsuz da uduzub

Gimnastika
Dünən, 20:50

Gimnastlarımız İstanbulda 12 medal qazandı

Oxşar xəbərlər