top
Hidayət Parisi partladır, və ya Xoruzlar diyarının qoltuğuna verilən xoruz Sport24.az
30 iyul 2024, 09:34
- ↺ +

Hidayət Parisi partladır, və ya "Xoruzlar diyarı"nın "qoltuğuna verilən xoruz"

CEYHUN ƏLİYEV


Qələbə barədə yazmaq necə də xoşdu. Axı, qələmə aldığın hər sətirdən, hər sözdən, hər hərfdən qürur təravəti gəlir. Ötən axşam bütün Azərbaycanın, ölkə xaricində yaşayan azərbaycanlıların gözləri mavi ekrana dikilmişdi. Günboyu bizi həyəcanlanmağa sövq edən Hidayət Heydərov dişi-dırnağı ilə Paris Olimpiadasının finalınadək irəliləmişdi.


Haşiyə 1. Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" komediya janrında yazılmış əsəri ilə bəlkə də istədiyimiz sayda oxucu tanış deyil. Ancaq "Dərviş Parisi partladır" filminin ən azı fraqmentlərini yəqin ki, hər kəs görüb.



Mübarizəyə 1/8 finaldan başlayan həmyerlimizin 73 kq-da reytinq-favorit olması işini bir az da çətinləşdirirdi. Axı, bütün rəqiblər əsas namizədə qarşı ikiqat əzmlə mübarizə aparırdı.


...Hər qarşılaşması ayrı bir tarix, ayrı bir zəfər oldu. Ancaq yarımfinalda Akil Qyakova ilə görüşün "qızıl xal" uğrunda mübarizədə yaşanan an tam fərqli bir hiss idi. Rəqibinin fəndindən son anda fantastik "sığortalanma" ilə çıxmasını görmək bu dramatik yürüşün kulminasiya anı idi... əlbəttə ki, finaladək yaşadığımız anların. Qarşıda isə Hidayəti həlledici qarşılaşma gözləyirdi.


Haşiyə 2. Hadisələr 1848-ci ilə təsadüf edir. Qarabağa (!!!) gələn fransız botanik Müsyö Jordan Hətəmxan ağanın qonağı olur və qədim torpağımızın yerli bitkiləri barədə informasiya toplayır. Fransaya qayıtmaq ərəfəsində Jodan Hətəmxan ağanın qardaşoğlusu Şahbaz bəyi özü ilə Parisə aparmaq və orada elmə yitələndirmək istədiyini bildirir. Lakin evdəki xanımlar İrandan dərviş gətirir və onun sehrləri ilə Parisi partladırlar.


Juan Benjamin Qabanın çempionluğa əsas namizədlərdən sayılan yaponiyalı Soiti Xasimoto kimi rəqibini sıradan çıxarması çox şeydən xəbər verirdi. Nəzərə alsaq ki, hadisələr ağlaşma, şər-böhtan atma, üzədurma, mənimsəmə üzrə dünya rekordçusu olan ermənilərin ən böyük qardaşı Fransanın paytaxtında cərəyan edirdi və Qaba da məhz "Xoruzlar diyarı"nın təmsilçisi idi, 27 yaşlı pəhləvanımızın işinin nə qədər mürəkkəb olacağı aydın olurdu.


Haşiyə 3. Əsl həqiqətdə isə 1848-ci ildə Parisdə inqilab baş verir və hadisə barədə məlumatlandırılan Jordan tələsik Azərbaycanı tərk edir.


Bu dəfə Parisi 27 yaşlı sadə göyçaylı balası "partlatdı". Nə dərvişə ehtiyac qaldı, nə də Müsyö Jordana. Ölkəmizə qarşı ifrat dərəcədə murdar siyasət yürüdən Fransanın paytaxtında qüdrətli himnimizin səslənməsi, dünyanın ən gözəl bayrağının dalğalandırılması isə Mirzə Fətəlinin yaratdığı sənət əsərinin 175 ildən sonra əyani nümayişi oldu - Hidayət Parisi "partlatdı"! Başqa cür də demək olar: "xoruzlar diyarı"nda "xoruzlarını verdi qoltuqlarına".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər