top
Günel Bədəlova seçilib: Azərbaycan qış idmanlarının qlobal səviyyədə mövqeyini gücləndirir Idman.biz
19 oktyabr 2026, 17:21
- ↺ +

Günel Bədəlova seçilib: Azərbaycan qış idmanlarının qlobal səviyyədə mövqeyini gücləndirir

"Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilməyim Azərbaycan üçün çox vacib addımdır. Bu, ölkəmizdə qış idman növlərinin inkişaf etdiyini və Azərbaycanın ənənəvi qış idmanı ölkələri sırasında tədricən öz yerini tutduğunu göstərir".

Bu fikirləri Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

Federasiya rəsmisi qeyd edib ki, bu vəzifəyə seçilməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, adətən bu cür beynəlxalq federasiyaların rəhbərliyində Avstriya, İsveçrə, Fransa və İspaniya kimi qış idmanı ənənələri olan ölkələr təmsil olunur.

"Azərbaycanın bu ölkələr arasında təmsil olunması ölkənin qış idman növləri sahəsində əldə etdiyi inkişafı göstərir", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Günel Bədəlova bildirib ki, son 4 il ərzində Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən beynəlxalqmiqyaslı yarışların təşkili, milli komandanın formalaşdırılması və idmançıların qazandığı uğurlar onun vitse-prezident seçilməsinə töhfə verib.

Baş katib yeni vəzifəsində hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyinin hələ müəyyənləşmədiyini vurğulayıb.

Qurum rəsmisi əsas prioritetlərin xizək alpinizminin beynəlxalq səviyyədə tanıdılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və perspektivlərin açılması olduğunu diqqətə çatdırıb. O, gələcək Olimpiya Oyunlarında təmsilçilik məsələsinin də vitse-prezidentlər üçün mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

Beynəlxalq yarışların Azərbaycanda təşkili məsələsinə də toxunan Günel Bədəlova bildirib ki, ölkədə bu istiqamətdə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur. O, qarşıdakı mövsümdə Azərbaycanda xizək alpinizmi üzrə dünya çempionatının keçiriləcəyini xatırladıb.

Qeyd edib ki, dünya çempionatı Qış Olimpiya Oyunlarından sonra ən yüksəksəviyyəli yarışlardan biri hesab olunur: "Azərbaycanın cəmi üç il ərzində formalaşmış yarış təşkilatçılığı təcrübəsi fonunda belə mötəbər turnirə ev sahibliyi etməsi böyük nailiyyətdir. Gələcək illərdə də bu müsbət tendensiyanın qorunub saxlanılacağına və Azərbaycanın beynəlxalq xizək alpinizmi yarışlarının təşkilində fəal iştirakını davam etdirəcəyinə inanıram".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Futbol
Bu gün, 13:00

Şahdağ Qusar məşqçisi Füzuli Məmmədov: Birliyimiz bizi çempion edəcək

Futbol
Bu gün, 12:45

Portuqaliya Millisi Danimarkaya 1:4 məğlubiyyətdən sonra üç əsas futbolçusunu itirdi

Futbol
Bu gün, 12:30

İnfantino yenidən FİFA prezidentliyi üçün 180+ federasiya dəstəyinə sahib

Futbol
Bu gün, 12:30

Barselona: de Yonqun bel yarası səbəbindən heyət problemi

Oxşar xəbərlər