top
Fərid Qayıbov: Universiada, MDB Oyunları, Legionerlər və UFC haqqında Idman.biz
07 avqust 2025, 11:42
- ↺ +

Fərid Qayıbov: Universiada, MDB Oyunları, Legionerlər və UFC haqqında

Gənclər və idman naziri Fərid Qayıbov Almaniyada keçirilən 32-ci Dünya Universitet Oyunlarında Azərbaycan idmançılarının çıxışını şərh edib, payızda ölkəmizdə təşkil ediləcək MDB Oyunlarına hazırlıqdan danışıb, idmanda legioner məsələsinə toxunub və yaxın gələcəkdə UFC-də döyüşən azərbaycanlı idmançıların Bakıda titul döyüşü keçirməsinə ümid etdiyini bildirib.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası Universiada-2025-də 2 qızıl və 2 gümüş medal qazanaraq medal sıralamasında 24-cü yeri tutub.

Fərid Qayıbov "CBC Sport" telekanalına açıqlamasında deyib: "2025-ci ildə Almaniyada keçirilən Dünya Universitet Oyunları bizim üçün iki il əvvəl Çindəki Universiadadan daha uğurlu oldu. Medal cədvəlində daha yüksək yer tutduq. Sevindirici haldır ki, son Universiadalarda daha geniş heyətlə iştirak edirik və daha çox idman növündə təmsil olunuruq".

Legionerlərin sayının azaldılması ilə bağlı suala cavabında nazir bildirib ki, bu istiqamətdə işlər idman federasiyaları ilə birgə aparılır: "Sonuncu Paris Olimpiadasında legioner idmançıların sayı əvvəlkilərlə müqayisədə daha az idi. Bu il Gümnaziadaya da böyük heyət göndərdik və orada heç bir milliləşdirilmiş idmançı yox idi. Yaxşı nəticə göstərdik.

Legionerlərin dəvət olunmasında məqsəd - Azərbaycanda ənənəsi olmayan idman növlərinin inkişafıdır.

Məsələn, batut gimnastikası. Bu növ 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının proqramına daxil edilmişdi. Biz də yarışlardan iki il əvvəl bu idman növünü inkişaf etdirməyə başladıq. Bu həm də Olimpiya növüdür. Xarici idmançılar dəvət olundu, amma eyni zamanda uşaq qrupları açıldı. Nəticədə Paris Olimpiadasında ilk dəfə olaraq Azərbaycanı bu növdə yerli idmançımız - Selcan Mahsudova təmsil etdi. Deməli, 10 ilə sıfırdan başlayıb Olimpiya iştirakçısı yetişdirmək mümkündür. 2013-cü ildə legionerlər olmasaydı, bunu etmək çətin olardı.

Təəssüf ki, bəzi federasiyalar milliləşdirmə prosesindən sui-istifadə edirlər. Biz bu mövzunu onlarla müzakirə edirik. İstəyirik ki, gəlmələrin sayını azaltsınlar. Onlar isə deyirlər ki, ağır çəkidə yerli idmançılar azdır, ona görə məcburən legionerlərə müraciət edirlər. Bu, mürəkkəb məsələdir.

İstəyirik ki, öz mütəxəssislərimizi yetişdirək, idman növlərində ənənələr formalaşsın. Dövlət artıq bütün şəraiti yaradıb, o cümlədən bölgələrdə də".

Fərid Qayıbov bildirib ki, yaxın vaxtlarda "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun Milli Məclisə təqdim oluna bilər: "Statistika göstərir ki, Azərbaycanda idmanla məşğul olan insanların sayı artır. Çoxlu tədbirlər keçiririk. İştirakçı sayı da hər dəfə artır. Məqsədimiz ölkədə idmanın inkişafıdır. İstəyirik ki, idman həyat tərzinə çevrilsin. Azərbaycanın idmanda inkişafı prosesinə ölkə başçısı İlham Əliyev rəhbərlik edir. O, uzun illərdir Milli Olimpiya Komitəsinin prezidentidir. Ölkədə çoxlu idman obyektləri tikilib, böyük yarışlar keçirilir".

Təxminən 50 gündən sonra - sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək. Yarışlar 7 şəhər və rayonda, o cümlədən Xankəndidə 20 idman növü üzrə baş tutacaq: "Xankəndidə stadion demək olar ki, yenidən tikilir. Açığı, orada köhnə stadionu bərpa etməkdənsə, yenisini tikmək daha asandır. Xankəndidə MDB Oyunları çərçivəsində oxatma yarışları keçiriləcək. Stadion müvəqqəti istifadəyə veriləcək, sonra isə təmiri davam edəcək. Məqsəd – UEFA-nın kateqoriyasını almaqdır ki, Azərbaycan millisi və digər komandalar orada beynəlxalq oyunlar keçirə bilsinlər.

Oyunların paytaxtı Gəncədə isə Cənubi Qafqazın ən böyük idman kompleksi tikilib. Orada voleybol, üzgüçülük, qılıncoynatma və güllə atıcılığı yarışları keçiriləcək. Güləşçilər Gəncə Olimpiya İdman Kompleksində mübarizə aparacaqlar. Orada da təmir işləri gedir. Gəncə həmçinin 3x3 basketbol yarışlarına da ev sahibliyi edəcək.

Yeni Gəncə stadionuna gəldikdə isə… Bu stadion çox vacib idi. "Kəpəz" komandası köhnə stadionu yararsız vəziyyətdə olduğu üçün doğma şəhərində oyun keçirə bilmirdi. MDB Oyunlarının açılış və bağlanış mərasimləri həmin yeni stadionda olacaq. Məncə, bu stadion Azərbaycandakı ən yaxşı sırf futbol stadionu olacaq. O, Gəncənin yeni simvollarından birinə çevrilə bilər".

Azərbaycan millisi MDB Oyunlarında hansı nəticəyə ümid edə bilər? Yarışda MDB ölkələrindən əlavə, bəzi qeyri-postsovet ölkələrin də iştirak edəcəyi gözlənilir. Nazir deyir: "Öz ölkəmizdə azarkeşlər daha çox medal gözləyəcəklər. İdmançılar hazırlaşırlar. Onlardan uğurlu çıxış gözləyirik. Rəqabət güclü olacaq. Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan təmsilçiləri iştirak edəcək… Amma biz idmançılarımıza inanırıq".

Sonda Fərid Qayıbov UFC-nin Bakıda keçirilmiş ilk tarixi turniri ilə bağlı fikirlərini bölüşüb. Bu yarış Gənclər və İdman Nazirliyi və "Baku City Circuit" əməliyyat şirkətinin təşkilatçılığı ilə baş tutub: "Qonşu ölkələr də UFC turnirini keçirmək istəyirdilər, lakin Azərbaycan artıq özünü yaxşı tərəfdən göstərib. Bizim güclü portfoliomuz var. Bizə etibar edirlər. UFC gecəsini uğurla keçirdik. Çoxlu turist gəlmişdi. Əgər turnir Bakıda hər il keçirilərsə, turistlərin sayı daha da artacaq.

Keçən il Bakıda "Rizin" təşkilatının döyüşləri baş tutdu, bu il isə UFC. Hazırda bu promouşendə üç döyüşçümüz var. Nazim Sadıxov və Rafael Fiziyev uğurlu çıxış etdilər. Tofiq Musayevi də unutmuruq. İstərdik ki, gələcəkdə onlar Azərbaycanda titul uğrunda döyüşsünlər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Oxşar xəbərlər