top
Fərid Qayıbov: İyul ayı gənclər və idman sahəsində uğurlu təşəbbüslərlə yadda qaldı Idman.biz
01 avqust 2025, 12:26
- ↺ +

Fərid Qayıbov: İyul ayı gənclər və idman sahəsində uğurlu təşəbbüslərlə yadda qaldı

"İyul maraqlı fəaliyyətlər, mühüm hadisələrlə yadda qaldı. Yay fəslinin dinamik axarında ay ərzində beynəlxalq idman yarışlarında uğurlu çıxışlar, paytaxtda və regionlarda gənclərlə birbaşa ünsiyyət, sağlam həyat tərzinin təşviqi və gənclərin ictimai proseslərdə fəal iştirakı ilə bağlı əhəmiyyətli təşəbbüslər həyata keçirildi".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov iyul ayını dəyərləndirərkən deyib.

O, sayca 47-ci "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, Azərbaycan və Gürcüstan gəncləri birləşəndə coğrafi sərhədlər yerini yeni imkanlara verir və bizim vəzifəmiz onları genişləndirməkdir: "Məhz ölkə başçımızın tapşırıqlarına istinadən iki ölkədən yüzlərlə gəncin bir yerə toplandığı Azərbaycan - Gürcüstan "Gənclər Həftəsi", Quba şəhərində ənənəvi "Azərbaycan – Gürcüstan Gənclərinin Düşərgəsi", gənclər paytaxtımız Sumqayıtda seminarlar, həftənin yekununda isə Bakıda keçirilən Forum strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdi. Biz gənclərlə yalnız rəsmi tribunada deyil, düşərgə mühitində, hər bir fərqli məkanda eyni dərəcədə açıq və səmimi söhbətlər apardıq. Bu format növbəti addımları aydın görməyə canlı imkanlar yaratdı. Həmkarım – təhsil, elm və gənclər naziri Givi Mikanadzenin də nazir kimi ilk xarici səfərini məhz Azərbaycana bu həftə çərçivəsində etməsi əməkdaşlığımıza verilən önəmin açıq göstəricisi oldu".

Qayıbov vurğulayıb ki, idman qurumları ilə birgə fəaliyyətin gücləndirilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması məqsədilə federasiya nümayəndələri ilə sayca 21-ci görüş də iyula təsadüf edib: "Görüş zamanı son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr apardıq. Bu cür görüşlər federasiyalarla əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Ənənə üzrə beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmiş idmançılarımızla da görüşdük. Sevindirici hal odur ki, hər dəfə medal qazanan idmançıların sırası genişlənir və tanınmış idmançılarla yanaşı, uğur əldə edənlər arasında yeni, gənc idmançılar üzə çıxır".

Nazir Almaniyada keçirilən XXXII Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə qrup hərəkətləri komandamız müxtəlif proqramlarda 2 qızıl və 1 gümüş medal qazanaraq Universiada tarixində uğurlu debüt etdiyini bildirib: "Cüdo komandamız yarışda gümüş medal qazandı. Komandamız ötən universiada ilə müqayisədə ümumi sıralamda 14 pillə irəliləyişə nail olaraq 24-cü yerə yüksəlib. Yay mövsümünün mühüm multi-idman yarışlarından biri olan Avropa Gənclər Yay Olimpiya Festivalı bu dəfə Şimali Makedoniyada keçirildi. Maraqlı hal odur ki, gənc idmançılarımızın bu dəfə qazandığı medalların sayı və əyarı 2023-cü ildəki nəticəmizlə eyni oldu – 3 qızıl, 3 gümüş, 4 bürünc medal. İlk dəfə Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etdik. Burada da idmançılarımız uğurla çıxış edərək 4 qızıl, 2 gümüş və 7 bürünc olmaqla 13 medal qazandılar. Növbəti yaxşı xəbər Azərbaycan İdman Akademiyasının tələbələrindən gəldi. Onlar tarixdə ilk dəfə olaraq, universitetlər arasında futzal üzrə Avropa çempionu oldular. Qələbələr münasibətilə bütün idmançılarımızı təbrik edirəm və yeni uğurlar arzulayıram".

Qayıbov qeyd edib ki, dövlət qurumlarının əməkdaşları arasında idman yarışları da davam edir: "Bu dəfə üzgüçülük və stend atıcılığı yarışları keçirildi. Təbii ki, bu yarışların əsas məqsədi əhalini idmana, sağlam həyat tərzinə daha çox cəlb etməkdir. Artıq dövlət qurumlarında idman klublarının sayı çoxalır və bu bizi sevindirir. Ölkəmizdə texniki idman növlərinə də maraq artır. Bakıda avtomobil idmanını sevənləri bir araya gətirən "Legends of the Night" yarışında ekstremal drift və stunt şoular izləyiciləri valeh etdi. Həmçinin "Moto X Club"ın fəaliyyəti ilə tanışlığımız oldu. Burada biz Azərbaycan Motosiklet İdmanı Federasiyasının rəhbərliyi ilə müzakirələr apardıq".

Nazir bildirib ki, ölkə başçısının verdiyi müvafiq tapşırıqlara əsasən, müxtəlif qurumlar tərəfindən Azərbaycan gənclərinə dövlət qayğısı ilbəil genişlənir: "Həyata keçirilən tədbir və təşəbbüslər gənclərimizin inkişafı, idmançılarımızın uğurları baxımından effektiv rol oynayır. Şübhəsiz, Azərbaycan gəncliyi və idmanının inkişafına göstərilən diqqət və dəstək gələcəkdə daha böyük uğurların qazanılmasına zəmin yaradır".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Bu gün, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Bu gün, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Bu gün, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Bu gün, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Bu gün, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Bu gün, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Bu gün, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Bu gün, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Bu gün, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Oxşar xəbərlər