top
Fərid Qayıbov deyib: III MDB Oyunları ölkəmizin təşkilatçılıq qabiliyyətinin daha bir göstəricisi olacaq Idman.biz
03 may 2025, 09:45
- ↺ +

Fərid Qayıbov deyib: "III MDB Oyunları ölkəmizin təşkilatçılıq qabiliyyətinin daha bir göstəricisi olacaq"

"Aprel ayı ölkəmizdə bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Suverenliyimizin rəmzinə çevrilən Xankəndi şəhəri bu il də idmançılarımıza qucaq açdı".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov aprel ayını dəyərləndirərkən deyib.

Nazir vurğulayıb ki, ikinci Xankəndi ultramarafonu bu dəfə 192 km məsafəni əhatə edib və "İdman Paytaxtı"mız Qəbələdə start götürərək Xankəndidə finişə çatıb: "İştirakçıları şəhər meydanında qarşıladıq, qalibləri təbrik etdik. Qeyd edim ki, Xankəndi həm də bu il III MDB Oyunlarının keçiriləcəyi 7 şəhərimizdən biridir. Bu məqsədlə şəhər stadionunun yenidən qurulması işləri də davam etdirilir. Yeri gəlmişkən, III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə, Gəncə şəhər stadionuna, eləcə də əsaslı təmir işləri aparılan Qəbələ, Şəki və Göygöl Olimpiya İdman Komplekslərinə, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə baxış keçirdim. Aparılan tikinti, təmir-bərpa işlərinin vaxtında və keyfiyyətlə başa çatması üçün müzakirələr apardıq. Eləcə də, Tərtər Olimpiya İdman Kompleksində tatamilər və müasir avadanlıqlarla təchiz olunmuş yeni cüdo zalının açılış mərasimində iştirak etdik".

Qayıbov əlavə edib ki, artıq Oyunlara 5 aydan da az vaxt qalır: "Bu günlərdə III MDB Oyunlarının maskotlarını – "Bəbir" və "Leyla"nı, eləcə də veb-saytını ictimaiyyətə açıqladıq. İnanıram ki, bu Oyunlar ölkəmizin təşkilatçılıq bacarığının növbəti nümunəsi olacaq".

Onun sözlərinə görə, bu il Bakı daha bir ilkə nail olacaq: "Yayın qızmar günlərində Azərbaycan ilk dəfə məşhur UFC turnirinə ev sahibliyi edəcək. Döyüş gecəsi iyunun 21-də Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakı Kristal Zalında baş tutacaq. Bununla bağlı Mayamidə UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə əməkdaşlıq haqqında razılaşma imzaladıq. Bu turnirin Bakıda keçirilməsi Azərbaycanın idman sahəsində regional lider olmasının sübutudur. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Xatırladım ki, Bakı həm də 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçilib".

Nazir bildirib ki, ay ərzində kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri, bədii gimnastika üzrə Dünya və Avropa Kubokları, şahmat üzrə "Çempionların savaşı" turniri və "Baku Open - 2025" Beynəlxalq Şahmat Festivalı ölkəmizdə yüksək səviyyədə təşkil olunub: "Bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq idman ictimaiyyəti tərəfindən artan etimadının və peşəkar təşkilatçılıq potensialının göstəricisidir. Beynəlxalq yarışlar təkcə Bakıda deyil, regionlarda da uğurla keçirilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025" beynəlxalq reqatası miqyasını ilbəil genişləndirir. Reqata Mingəçevirlə yanaşı, Tərtəri (Suqovuşan) də əhatə etdi. Bundan başqa, beynəlxalq reqata çərçivəsində Köndələnçayda (Füzuli rayonu) da sakinlər üçün xüsusi tədbir keçirildi.

Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlara imza ataraq, ölkəmizi layiqincə təmsil etdilər. Akrobatika gimnastlarımız tarixdə ilk dəfə olaraq həm qadın, həm də kişi qruplarında Avropa çempionatının medallarını qazandılar. Yunan-Roma və sərbəst güləş üzrə milli komandalarımız qitə çempionu oldular. Bundan başqa, cüdoçularımız Avropa çempionatından 5 medalla qayıtdılar. Həmçinin idmançımız İsa Rüstəmov ağırlıqqaldırma üzrə qitə çempionatına tək qoşulsa da tam dəst medal qazana bildi".

Fərid Qayıbov diqqətə çatdırıb ki, artıq ikinci dəfədir ki, ölkəmiz beynəlxalq gimnaziadada geniş tərkibdə təmsil olunur: "Bu dəfə Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında rekord sayda – 291 idmançı ilə təmsil olunan ölkəmiz uğurla çıxış edərək 85 medal qazandı. Bu yarış yeniyetmə idmançılarımızın multi-idman yarışlarında təcrübə toplaması və komanda olaraq formalaşması üçün stimul olmaqla yanaşı, ölkəmizdə keçiriləcək MDB Oyunlarına da yaxşı bir hazırlıq oldu. Ay ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşmək, onların təəssüratlarını dinləmək imkanım oldu. Bu görüşlər idmançılara gələcək yarışlara daha böyük əzmlə hazırlaşmaq üçün əlavə stimul verir.

Yeni seçilən Xüsusi Olimpiya Komitəsinin rəhbərliyi ilə birlikdə xüsusi olimpiyaçılar və bu sahədə çalışan mütəxəssislərlə görüş keçirdik, qarşıdakı planları birgə müzakirə etdik. Bundan başqa xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında "Parlayan günəşlər" adlı idman oyunlarının açılış mərasimində də iştirak etdim. Belə tədbirlər uşaqların idman sahəsində öz bacarıqlarını nümayiş etdirmələri və cəmiyyətə inteqrasiya olmaları baxımından böyük əhəmiyyət daşıyır".

O bildirib ki, apreldə Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə, Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriçlə, FIBA-nın baş katibi Andreas Zaqklislə, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa ilə, Avropa Karlar İdman Təşkilatının prezidenti Losif Stavrakakislə, Beynəlxalq Gimnastika Federasiyasının "Gimnastika hamı üçün" Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşərək idman sahəsində əməkdaşlıq əlaqələri və inkişaf perspektivlərini müzakirə ediblər: "Dünya Badminton Federasiyasının ümumi yığıncağında Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilərək tarixdə ilk dəfə bu qurumun rəhbər orqanına seçilən nümayəndəmiz oldu. Dünya Etnosport Konfederasiyasının VII Beynəlxalq Forumunda Azərbaycan Atçılıq Federasiyası etnosportun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı. Bu uğurlar münasibətilə hər iki federasiyanın rəhbərliyini təbrik edirəm.

Beləliklə, daha bir ay effektiv oldu. Görülən işlər və əldə olunan uğurlar daha böyük qələbələr üçün zəmin yaradır. İnanıram ki, idmanın inkişafı və gənclərimizin potensialının yüksəlişi bizi yeni zirvələrə doğru istiqamətləndirəcək".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər