top
Fərid Qayıbov: Azərbaycan idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gənclərin uğurları Idman.biz
02 fevral 2026, 15:06
- ↺ +

Fərid Qayıbov: Azərbaycan idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gənclərin uğurları

"İdman və gənclər siyasəti sahəsində atılan hər bir addım ölkəmizin gələcəyinə yönəlmiş strateji baxışın tərkib hissəsidir. Bu baxış həm beynəlxalq arenada əldə olunan uğurlarda, həm də ölkə daxilində formalaşan sağlam və fəal gənclik modelində öz əksini tapır.

Gələn il İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıqla bağlı Koordinasiya Komissiyasının iclasında Oyunların təşkili və icrası ilə əlaqədar əsas məsələləri müzakirə etdik. İlk dəfə 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının yaratdığı irsin İstanbulda da uğurla davam edəcəyinə və idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə inanıram".

İdman.Biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov fevral ayını dəyərləndirərkən deyib.

O bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi gənclər və idman siyasətimizin əsas istiqamətlərindən biridir: "Koreya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Kımqu Kanq ilə görüş zamanı mövcud əməkdaşlıq əlaqələrini və yeni perspektivləri müzakirə etdik".

Nazir vurğulayıb ki, bu il ölkəmiz ilin ilk beynəlxalq idman yarışını "Şahdağ" Turizm Mərkəzində qəbul edib: "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri təkcə idman yarışı deyil, həm də regionların idman potensialının nümayişi baxımından mühüm hadisə oldu. Yunan-Roma və sərbəst güləş, eləcə də boks üzrə ölkə çempionatlarında şahidi olduğumuz gərgin mübarizə Azərbaycan idmanının inkişaf dinamikasını aydın şəkildə göstərir. İl ərzində artan rəqabət idmançıların ustalığının yüksəlməsinə və yeni istedadların üzə çıxmasına real töhfə verir".

F.Qayıbov bildirib ki, federasiyaların fəaliyyəti bu inkişafın əsas dayaqlarından biridir: "Atletika, atçılıq və üzgüçülük federasiyalarının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransları görülən işlərə yenidən baxmaq və qarşıdakı mərhələlər üçün daha dəqiq hədəflər müəyyənləşdirmək imkanı yaratdı".

Onun sözlərinə görə, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və idmanın kütləviləşdirilməsi əsas prioritetlərimizdəndir: "Güləş Federasiyasının dəstəyi ilə Göyçayda güləş zallarının istifadəyə verilməsi, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının köməyi ilə Bakıda "JGBJJ Academy Azerbaijan" ciu-citsu zalının açılması uşaq və gənclərin idmana marağının artırılmasına xidmət edir. Ənənəvi olaraq beynəlxalq arenada uğur qazanan idmançılarımızla görüşlər keçirdik, onların fikir və təkliflərini dinlədik. Sumqayıt şəhərində Qubadlı və Sumqayıt sakinləri ilə keçirilən vətəndaş qəbulu, eləcə də federasiya nümayəndələri ilə baş tutan görüşlər mövcud çağırışların birgə həllinə imkan yaradır".

F.Qayıbov "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsini 10 xalla başa vuraraq pley-off mərhələsinə yüksəlməsini komandamızın növbəti tarixi uğuru kimi qiymətləndirib: "Qarabağ"ı və azarkeşlərini bu qürurverici nailiyyət münasibətilə təbrik edirəm. İdmanla yanaşı, gənclərimizin müxtəlif sahələrdə qazandıqları uğurlar da sevindiricidir. ABŞ-ın Orlando şəhərində keçirilən "NEO Science Grand Final 2026" olimpiadasında qazanılan qızıl və gümüş medallar Azərbaycan gəncliyinin potensialının bariz göstəricisidir".

O, həm də Bakı Dövlət Universiteti ilə birgə təşkil edilən, 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümummilli lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində "Güclü dövlətin təməli - Azərbaycan gəncliyi" forumu ilə bağlı danışıb:

"Tələbələrin fəallığı gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlərin effektivliyini bir daha nümayiş etdirir. 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" statusu qazanan Bakı artıq bu missiyanın icrasına başlayıb. Qarşıda bizi daha dinamik, daha zəngin və daha iddialı idman ili gözləyir. İnanıram ki, paytaxtımız həm beynəlxalq yarışlar, həm də kütləvi idman tədbirləri ilə iloyu dünyanın diqqət mərkəzində olacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:00

Çairın baş məşqçisi: "Kür"ə qarşı qələbə gözlənilmədən gəldi

Güləş
Bu gün, 19:53

"Kür" qadın həndbol komandası məşqçisi: “Gələcək üçün inamım var, işə davam edəcəyəm”

Basketbol
Bu gün, 19:25

LANDAU Lions 85:62 hesabı ilə Gəncəyə inamlı qələbə qazandı

Digər
Bu gün, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Futbol
Bu gün, 18:56

İspaniya U21 komandası Qrimaldonun yüksək temperatur səbəbiylə İngiltərə oyunu üçün itki yaşayır

Futbol
Bu gün, 18:26

“Fənərbağça” Dirk Kuyta 1.125 milyon avroluq təzminatı ödədiyi bildirildi

Futbol
Bu gün, 17:49

Ağstafa Gəncləri 3:0 Difai, Marafon 5:0 Şəki

Basketbol
Bu gün, 17:37

Murad Dikmen: Gəncə komandası LandaU Lions qarşısında istədiyimiz oyunu göstərə bilmədi

Basketbol
Bu gün, 17:10

Erhan Toker: "Komandamıza uzun səfərlər və uçuşlar təsir edir"

Futbol
Bu gün, 16:58

Lukaku zədəsini sağaldı, Belçika millisi ilə İtaliya oyununa dəvət edildi

Gimnastika
Bu gün, 16:35

Lənkəranda bədii gimnastika regional yarışında qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 16:03

Manchester United Nussair Mazraoui'ni saxlamaq niyyətindədir

Voleybol
Bu gün, 16:03

“Turan” voleybol komandası “Naxçıvan”la Tovuzda üz-üzə gəlir

Futbol
Bu gün, 16:02

Ronaldo 2027-ci ildə Portuqaliyada 35 milyon avroluq yeni evə köçürülür

Futbol
Bu gün, 15:59

Polşanın qələbəsi, “Sabah” müdafiəçisinin oyuna çıxması mümkün olmadı

Cüdo
Bu gün, 15:52

Abşeron Olimpiya İdman Kompleksində Bakı cüdo çempionatının qalibləri bəlli oldu

Futbol
Bu gün, 14:30

İngiltərə sabiq məşqçisi ABŞ millisinin rəhbərliyinə namizəd ola bilər

Futbol
Bu gün, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Olimpiada
Bu gün, 13:47

Elnur Amanov: 'Yeniyetmələrdə gümüş medal qazanıldı, gələcəkdə daha böyük uğurlar gözlənilir'

Futbol
Bu gün, 13:30

Romario Ancelotti'yi tənqid edib: "Çantanı yığ, rədd ol!"

Gimnastika
Bu gün, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Futbol
Bu gün, 13:22

Ançelotti və Mourinyo Viniciusun formasını bərpa etmək üçün əməkdaşlıq edirlər

Futbol
Bu gün, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Futbol
Bu gün, 13:05

Andorra - Azərbaycan matçında hakimlər təyin edildi

Oxşar xəbərlər