top
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idmanı üçün uğurlu və əlamətdar olub Idman.biz
02 sentyabr 2025, 15:18
- ↺ +

Fərid Qayıbov: Avqust ayı Azərbaycan idmanı üçün uğurlu və əlamətdar olub

"Hərarətli avqust bir tərəfdən idmançılarımızın uğurları, digər tərəfdən isə gənclərimizin reallaşan təşəbbüsləri ilə tamamlandı. Ay ərzində həm ölkə miqyasında, həm də beynəlxalq arenada yetərincə fəaliyyətlər oldu".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov avqust ayını dəyərləndirərkən deyib.

O, sayca 48-ci "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin idmana və gənclərə göstərdiyi xüsusi diqqət sayəsində ölkəmizdə müasir idman infrastrukturu ilbəil inkişaf edir: "Bu isə ölkədə idmanın kütləviliyi, sağlam nəslin yetişməsi və ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni Gəncə stadionunun tikinti işlərinin gedişi ilə tanış oldular. Qeyd edim ki, bu stadion respublikamızın ən müasir arenalarından biri olacaq. Burada yaradılan şərait və imkanlar Gəncədə futbolun inkişafına, eləcə də gənclərin sağlam həyat tərzinə də böyük töhfə verəcək. Bildiyiniz kimi, sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarının açılış və bağlanış mərasimləri də məhz bu stadionda keçiriləcək. Yeri gəlmişkən, artıq Gəncədə təşkil etdiyimiz mərasimlə Oyunlara geri sayıma start verdik".

Nazir vurğulayıb ki, avqustun sonuncu həftəsini Azərbaycan futbolu üçün əlamətdar hesab etmək olar: "Qarabağ" futbol komandasının tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması hər birimizi sevindirdi. Komandanı bu uğurlu nəticəsi münasibətilə təbrik edən dövlətimizin başçısı cənab İlham Əliyev idmana növbəti qayğını göstərərək kluba maliyyə dəstəyi ayrılması üçün Sərəncam imzaladı. Elə həmin həftə Qubada 12 yaşlı futbolçular arasında II "Ulduz Cup" beynəlxalq turniri keçirildi. Bu son üç ildə uşaqlar üçün keçirdiyimiz 4-cü beynəlxalq futbol yarışıdır. İlk dəfə olaraq həm 7 ölkədən 12 komanda qatıldı, həm də Azərbaycan komandası qalib gəldi. Məhz belə yarışlarda uşaqların beynəlxalq təcrübəsi artır, onlar inkişaf edirlər. Biz gələcəkdə də bu cür yarışları təşkil edəcəyik".

Qayıbov bildirib ki, ənənə üzrə beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmiş idmançılarımızla növbəti görüşümüz də olub: "Regionlarda vətəndaş qəbulu çərçivəsində bu dəfə Tərtər və Bərdə sakinlərini qəbul etdik. Bölgəyə səfərimiz zamanı Bərdə Olimpiya İdman Kompleksinə baxış keçirərək mövcud şəraitin yaxşılaşdırılması ilə bağlı müzakirələr apardıq. Həmçinin III MDB Oyunlarının boks yarışlarının keçiriləcəyi Yevlax Olimpiya İdman Kompleksində son tamamlanma işləri ilə maraqlandıq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarında idmançılarla görüşdə Böyük Qayıdış məsələsinə toxunaraq idmançıların işğaldan azad edilmiş bölgələrə səfərlərinin vacibliyini qeyd etmişdi. Dövlətimizin başçısının bu çağırışına səs verən idman ictimaiyyəti nümayəndələrinin Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həmin bölgələrə səfərləri davam edir. Futbol üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Füzuli, Ağdam, Xankəndi və Şuşa şəhərlərinə, ardınca isə cüdo üzrə Olimpiya çempionlarımız Xankəndi, Şuşa, Laçın və Füzuli şəhərlərinə səfər edərək müxtəlif görüşlər keçirdilər. Federasiyalarımız mütəxəssislərin yetişdirilməsi üçün mütəmadi olaraq kurslar təşkil edirlər. Azərbaycan Cüdo Federasiyası növbəti dəfə Beynəlxalq Cüdo Federasiyası Akademiyasının cüdo məşqçiliyi üzrə proqramını təşkil etdi. Bu proqram vasitəsilə ölkəmizdə cüdo inkişaf edir, məşqçilərin peşəkarlığı artır".

Nazir qeyd edib ki, Azərbaycanın milli adət-ənənələrini, eləcə də milli idman oyunlarımızı dünyaya tanıdan mühüm tədbirlərdən biri növbəti dəfə Göygöldə baş tutub: "Dördüncü Milli Yaylaq Festivalında Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla birlikdə milli idman növlərində nümunəvi çıxışları izlədik, festivalın açılış mərasimində çıxış etdik. Festival çərçivəsində Gənclər və İdman Nazirliyinin səyyar "Sağlam həyat" layihəsi bu dəfə də idman həvəskarları, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılandı. Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş "Arzunun ardınca" filminin təqdimat mərasimi 8 avqust - Beynəlxalq Alpinizm Gününə təsadüf etdi. Hazırda kinoteatrlarda nümayiş edilən filmin uğurlu alındığını qeyd edə bilərəm. Bu münasibətlə filmin qəhrəmanını və yaradıcı heyətini təbrik edirəm. Paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verdik. Gənclər və İdman Nazirliyinin "Sağlam həyat" layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır".

Qayıbovun sözlərinə görə, artıq dördüncü dəfə Mingəçevirdə, Kür çayında üzmə yarışı uğurla baş tutub: "İştirakçıların sayının ilbəil artması bu yarışın daha da populyar olmasının göstəricisidir. Bu cür kütləvi yarışların keçirilməsi əhali arasında sağlam həyat tərzinin təbliği üçün çox vacibdir".

O, ay ərzində görüşlərini də xatırladıb: "Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşərək idman sahəsində əməkdaşlıq və beynəlxalq yarışların təşkili ilə bağlı geniş müzakirələr apardıq. Ölkəmizdə səfərdə olan Mərakeş gənclər nümayəndə heyətini qəbul etdim, onlarla fikir mübadiləsi apardım. Xaricdə yaşayan Azərbaycan əsilli idmançılar - ikiqat Olimpiya mükafatçısı Pərviz Nəsibov, eləcə də ABŞ-da peşəkar boksla məşğul olmuş və Vətəndən uzaqda yaşasa da, Azərbaycan bayrağını daim uca tutmuş Rüfət Bakı ilə görüşümüz oldu. Həyata keçirilən layihə və tədbirlərin hədəfi çoxşaxəlidir – gənclərin fəallığı, idmançılarımızın qələbələri, müasir və geniş infrastruktur, beynəlxalq əməkdaşlıqlar. Əldə edilən nəticələr isə sağlam gələcəyin təməlidir. Bunun üçün də məqsədə doğru fəaliyyətimizi davam etdirməliyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Oxşar xəbərlər